Yanğında insanları xilas edən futbolçu öldü

Yanğında insanları xilas edən futbolçu öldü

Şimali MakedoniyanınŞkupi” klubunun futbolçusu Andrey Lazarov gecə klubunda baş verən yanğından sağ çıxdığı barədə məlumat yayılmışdı.

 

Sfera.az Publika.az-a istinadən xəbər verir ki, klub yeni açıqlamasında futbolçunun öldüyünü bildirib.

 

“Ailəsi əvvəlcə onun yaxşı olduğunu desə də, böyük ağrı və təəssüf hissi ilə bildiririk ki, futbolçumuz Andrey Lazarov Koçanidə baş vermiş faciəvi yanğının qurbanlarından biri olub. Əsl qəhrəman olan Lazarov başqalarına yanan binadan qaçmağa kömək etmək istəyərkən həyatını itirib. O, sona qədər şücaət və insanlıq göstərərək başqalarının həyatını xilas edərkən dəm qazından zəhərlənərək dünyasını dəyişib. Onun qəhrəmanlığı yaddaşımızda təvazökar xasiyyətinin və böyük ürəyinin təzahürü kimi əbədi olaraq qalacaq”, – “Şkupi” klubunun açıqlamasında bildirilib.

 

Məlumata görə, Lazarov bir neçə dəfə yanan gecə klubuna qayıdıb, insanları çölə çıxarıb və sonda yanıq xəsarətləri və dəm qazından zəhərlənmə ilə reanimasiyaya aparılıb və bundan sonra dünyasını dəyişib.

 

Ümumilikdə, yanğında azı 59 nəfər ölüb, 155-dən çox insan yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ağır qəza - Çox sayda xəsarət alan var

Türkiyədə yük maşını ilə tur avtobusu toqquşub, 13 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, "Haber Global"ın məlumatına görə, hadis...

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edi...

Zelenskidən atəşkəs qərarına REAKSİYA:

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski...

“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.    Sfera.az xəbər verir ki, ...

Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.   Sfera.az-ın məl...

Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı- VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.    “Qafqa...