Azərbaycanın bu rayonunda 11 illik məktəblər LƏĞV EDİLİR? - YENİLƏNİB

Azərbaycanın bu rayonunda 11 illik məktəblər LƏĞV EDİLİR? - YENİLƏNİB

17:33

Tovuz rayonunda 11 illik məktəblərin ləğv edilməsi ilə bağlı məlumat yayılıb.

Milli.Az xəbər verir ki, bununla bağlı azvision.az-a danışan Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, burada XI sinfin və yaxud tam orta təhsil mərhələsinin ləğvindən söhbət gedə bilməz. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil.

"2011-ci ildən Azərbaycanda pilot layihə şəklində tam orta təhsilin təmayüllər üzrə təşkili məsələsi gündəmə gəlib. Həmin ildən bu proses Bakıda təşkil olunub və sonradan coğrafiyası genişlənib. Bu il Azərbaycanın 180-dan artıq məktəbində tam orta təhsilin təmayüllər üzrə təşkilinə start verilib. "Şagirdlərin meyl və maraqları nəzərə alınaraq, onlar həmin təmayüllər üzrə tam orta təhsillərini X-XI siniflərdə davam etdirə bilərlər". 

C.Valehiov qeyd edib ki, IX sinfə kimi isə ümumi orta təhsil mərhələsidir və bu təhsil icbaridir. 

"Şagirdlər icbari təhsil pilləsini başa vurduqdan sonra həm orta ixtisas təhsili müəssisələrinə, peşə məktəblərinə bilər, həm də seçdikləri təmayül istiqamətlər üzrə təhsillərini tam orta təhsildə davam etdirə bilərlər. Müxtəlif regionlarda təmayüllərin siniflər təşkili bütün məktəblərdə mümkün olmur. Orada məktəblərin imknalarına uyğun olaraq təmayül siniflər tam komplektləşmir. O zaman bəzi rayonlarda təmayüllərin təşkili imkanı olan müəyyən məktəblərdə bu siniflər təşkil edilir. Təmayül siniflərin təşkil edilməsi prosesi bu qaydada aparılır və konkret məktəblərdə təmayülləşmə prosesi baş verir. Burada heç bir məktəbdə 11 ilk təhsilin ləğvindən söhbət getmir. Təhsil haqqında qanunda 11 illik təhsil nəzərdə tutulub və onun ləğvi mümkün olan hal deyil. Sadəcə, bəzi rayonlarda təmayül siniflər müəyyən məktəblərdə yaradılacaq". 

Nazirlik sözçüsü bildirib ki, təmayül siniflərin təşkili ilə bağlı əsasnaməyə uyğun olaraq təmayül istiqamətlər üzrə siniflərin təşkili imkan olan məktəblərdə yaradılır. Onun sözlərinə görə, yeni tədris ilində bu prosesin kütləvi şəkidlə və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.

----------

16:09

Azərbaycanın Tovuz rayonunda 11 illik kənd məktəbləri ləğv ediləcək.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, Tovuzun bir çox kənd məktəbləri 9 illik olacaq. Sakinlərin bildirdiyinə görə, 11 illik tam orta məktəblər əhalisi çox olan kənd və qəsəbələrdə fəaliyyət göstərəcək. 

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova məsələyə münasibət bildirib. Şöbə müdiri azvision.az-a faktı təsdiqləyərək bildirib ki, bu, yalnız Tovuza aid olan məsələ deyil, digər rayonlarda da proses davam etdirilir.

"Sentyabrın 15-dən Tovuzda 16 məktəb təmayüllər üzrə fəaliyyət göstərəcək, qalan məktəblər isə 9 illik olacaq. Ali məktəblərə hazırlaşan şagirdlər təmayüllərdə təhsillərini qruplar üzrə davam etdirəcəklər. 9-cu sinifdən çıxan şagirdlər isə peşə məktəblərinə gedərək, orada müəyyən ixtisaslar üzrə peşələrə yiyələnəcəklər". 

V.Hüseynova qeyd edib ki, təmayüllü məktəblər zonalar üzrə formalaşacaq. "Təmayüllər üzrə məktəb seçiləndə onların maddi-texniki bazası əsas götürüləcək. Hazırda Tovuzda 23 min şagird, 85 məktəb var ki, bunun da 17 məktəbi ümumi orta, 3-ü isə ibtidai məktəbdir. Müəllimlərin aqibəti yəqin ki, nəzərə alınacaq və dərslə təmin olunacaqlar".


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...