İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...