"Xanımlar yaşlarını gizlətsələr yaxşıdır"


Bu gün əməkdar artist, tanınmış aktyor Sabir Məmmədovun doğum günüdür. Aktyor 55 yaşını qeyd edir.

Sabir Məmmədov özəl günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

Əməkdar artistin sözlərinə görə, ona ilk təbriki həyat yoldaşı edib: "Xanımlar yaşlarını gizlətsələr yaxşıdır. Çünki xanımlar həmişə gözəl görünmək istəyirlər. Ona görə də xanımlardan yaş soruşmaq olmaz. Kişi üçün yaş var-dövlətdir. Canım sağlamdırsa, varamsa, bu, elə var-dövlətdir. Həyatda heç nəyə peşiman deyiləm. "Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərədim” deyənlərdən olmamışam. Əksinə, gələcəyin xülyası ilə yaşayıram. 

Ad günümü ilk xatırlayan həyat yoldaşım oldu. İlk onun yadına düşdüm. Təəssüf ki, nəvələrim hələ balacadılar. Onların da təbriklərini eşitmək istərdim”.

Aktyor doğum gününü iş yoldaşları və ailə üzvləri ilə birlikdə qeyd edəcəyini söyləyib: "55 nə yaşdı ki, hələ cavanam”.

Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilmiş, teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Xoşbəxt adam ("Park", Rüstəm İbrahimbəyov), 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Hüseyn ("Bəxt üzüyü", Vaqif Səmədoğlu), Toğrul ("Uca dağ başında", Vaqif Səmədoğlu), Xəlil ("Müvəqqəti ər", Rəşid Nuri Güntəkin) və s.

1989-cu ildən Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Səfər ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Kumar ("Qanqın böyük dalğası", C.Əfruz), Fərman ("Yalan", Sabit Rəhman), Şahmar ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Saday bəy ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Akkanad ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), İlus ("Burla xatun", Nəbi Xəzri), Teymur ağa ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Novruz bəy ("Aydın", Cəfər Cabbarlı), Sarvan ("Bu dünyanın adamları", Hidayət), Şair ("Kəllə", Nazim Hikmət), Horatsio ("Hamlet", Uilyam Şekspir), M.Ə.Sabir ("Hərənin öz payı", X.Qoca), Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), Yavuz ("Afət", Hüseyn Cavid), Oğlan ("Qatil", Elçin), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Seyid Hüseyn ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Fərəc ("Boy çiçəyi", İlyas Əfəndiyev).

Sabir Məmmədov "Kamança" (Əbdüləli), "Qaçaq Süleyman" (Murad), "Yağışdan sonra" (Əmin), "Apardı sellər Saranı" (İgid), "Qırmızı qar" (Əsgər) teletamaşalarına və "Babamın babasının babası" (Tapdıq), "Təzə evlənənlər" (Rüstəm) bədii filmlərinə çəkilib.


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...