Ay peykinin daxilində nə var? - "Yerə bənzəyir" - FOTOLAR

Ay peykinin daxilində nə var? - "Yerə bənzəyir" - FOTOLAR

Ay peykinin daxili quruluşu ilə bağlı illərdir davam edən sirr, son araşdırmalarla nəhayət açılıb. Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzindən (CNRS) astronom Artur Briaudun rəhbərlik etdiyi komanda, Ayın mərkəzində Yer kürəsindəkinə bənzər bir möhkəm dəmir nüvəsinin olduğunu aşkarlayıb.

 

Sfera.az “En Son Haber” ə istinadən zəbər verir ki, bu tapıntı, Ayın maqnit sahəsinin təkamülü və Günəş sistemi barədə mühüm məlumatlar təqdim edib. 

 

Ayın daxili nüvəsinin sıxlığı da tədqiqatlar nəticəsində dəqiqləşib. Elmi komanda, əvvəlki Apollo missiyalarında toplanan seysmik məlumatlardan istifadə edərək Ayın daxili quruluşunu incələyib. Lakin bu məlumatların həlli Ayın daxili nüvəsinin vəziyyətini düzgün müəyyənləşdirmək üçün yetərli olmamışdı. Briaud və komandası, fərqli bir yanaşma tətbiq edərək, kosmik missiyalardan və təcrübələrindən əldə olunan məlumatları istifadə edərək Ayın daxili quruluşunun daha dəqiq profilini çıxarıblar.

 

Bu tədqiqat nəticəsində, Ayın mərkəzindəki daha sıx maddələrin daxilə doğru çökməsi və daha az sıx maddələrin yuxarıya doğru qalxması təsbit edilib. Bu, Ayın vulkanik bölgələrindəki bəzi elementlərin varlığını izah edən bir nəzəriyyəni dəstəkləyib.

 

Ayın daxili quruluşu, Yer kürəsində olduğu kimi xarici maye, daxili isə möhkəm olan daxili nüvədən ibarətdir. Araşdırma nəticəsində Ayın xarici nüvəsinin diametrinin təxminən 362 kilometr, daxili nüvəsinin isə 258 kilometr olduğu hesablanıb. Daxili nüvənin sıxlığı təxminən 7 822 kiloqramdır və bu, dəmirin sıxlığına çox yaxındır.
Bu tapıntılar, Ayın daxili quruluşu ilə bağlı daha əvvəl edilən tədqiqatları təsdiqləyib. Elmi komandaların bu sahədəki gələcək tədqiqatları, Ayın maqnit sahəsini və daxili quruluşunu daha da yaxşı başa düşməyə kömək edəcək.

 


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...

Ən çox sığorta haqqını hansı şirkətlər toplayır ? - Adlar

Bu ilin yanvar-may aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox yığım “Paşa Həyat Sığorta”da olub.   Sfera.az Teleqraf-a ist...

DİN və Dövlət Komitəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.   Sfera.az xəbər verir ki, məlumatda qeyd edilib ki, Az...