Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"

Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"

Belarus bu ilin sonuna kimi Rusiyanın ən son orta mənzilli “Oreşnik” ballistik raket sisteminin iki buraxılış qurğusunu istifadəyə verməyə hazırdır. 

 

Sfera.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya-1” televiziyasının “60 dəqiqə” proqramına müsahibəsində bildirib.

 

"Mən indi bu buraxılış qurğularının istehsalına nəzarət edirəm. Düşünürəm ki, ilin sonuna qədər iki buraxılış qurğusunu istifadəyə verməyə hazır olacağıq", - o deyib. 

 

Prezidentin sözlərinə görə, sistemlərin Belarusda harada yerləşdirilməsi hələ qərarlaşdırılmayıb.

 

O, məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyini bildirib.

 

"Düşünürəm ki, bu gün və sabah biz Vladimir Putin ilə bu məsələləri müzakirə edəcəyik. Tələsməyə ehtiyac yoxdur. Sabah Orşanın yaxınlığında bir yerə "Oreşnik" qoymağa ehtiyac yoxdur", - Lukaşenko bildirib. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

"Fitch"dən neftlə bağlı proqnoz: ucuzlaşacaq

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün neft qiyməti ilə bağlı baza proqnozunu bir barel üçün 70 dollardan 65 dollara endirib. ...

Banqkok hava limanında insident: Sərnişin təyyarədən çıxarıldı - FOTO

Banqkokdan uçan “Thai Lion Air” reysi qəza çıxışının yaxınlığındakı oturacağa keçmək istəyən sərnişinlə yaşanan konflikt səbəbindən təxminən bir saa...

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...