Bu bürclər ehtiyatlı olmalıdır - Vacib qərarlar təxirə salınmalıdır

Bu bürclər ehtiyatlı olmalıdır - Vacib qərarlar təxirə salınmalıdır

Bu günlər astroloji baxımından maraqlı təsirlərlə doludur. Merkuri retroqradı Qoç bürcündə başlayır və 29 martda Balıq bürcünə keçərək 7 aprelə qədər davam edəcək. Merkuri retroqradı ünsiyyətdə, səyahətlərdə və qərarvermə prosesində gecikmələrə səbəb ola bilər.

 

Sfera.az Merkuri retroqradının bürclərə təsiri imkanlarını öyrənib.

Qoç: Merkuri retroqradı bu bürcdə başladığı üçün bu gün ünsiyyətdə yanlış anlaşılmalara səbəb ola bilər. İş həyatında mühüm qərarlar vermək üçün tələsməmək, mövcud layihələri yenidən dəyərləndirmək məsləhətdir;

 

Buğa: Karyeranızla bağlı gözlənilməz dəyişikliklər ola bilər. Yeni imkanlar yaransa da, bu fürsətləri dəyərləndirərkən səbirli olmaq vacibdir;

 

Əkizlər: Sosial çevrənizdə ünsiyyət problemləri yaşana bilər. Şəxsi işlərinizdə mühüm addımlar atarkən diqqətli və planlı olmaq tövsiyə edilir;

 

Xərçəng: Ətrafınızdakı insanlara qarşı daha anlayışlı və səbirli olmağa ehtiyacınız ola bilər. Sevgi həyatınızda müəyyən soyuqluqlar hiss edə bilərsiniz, bunu həll etmək üçün açıq ünsiyyət qurmağa çalışın;

 

Şir: İş yerində daha çox məsuliyyət götürməli ola bilərsiniz. Maddi məsələlərdə diqqətli olmaq, lazımsız xərclərdən çəkinmək tövsiyə edilir;

 

Qız: Bu gün öz inkişafınızla bağlı yeni qərarlar qəbul edə bilərsiniz. Yeni biliklər əldə etmək və fərdi bacarıqlarınızı artırmaq üçün uyğun bir gündür;

 

Tərəzi: İş həyatında çətinliklərlə qarşılaşa bilərsiniz. Şəxsi münasibətlərdə daha anlayışlı və mehriban olmağa çalışmalısınız;

 

Əqrəb: Huzur və sakitlik axtarışında ola bilərsiniz. Bugün özünüzə vaxt ayıraraq istirahət etməyiniz məsləhətdir. Maddi sahədə isə bəzi yeni fürsətlər ortaya çıxa bilər;

 

Oxatan: Sosial həyatda aktiv olmaq və dostlarınızla vaxt keçirmək üçün əlverişli gündür. Ortaq layihələrdə uğur qazana bilərsiniz;

 

Oğlaq: Maliyyə məsələlərinə fokuslanmağınız lazım ola bilər. Büdcənizi planlamaq və xərclərinizi nəzarətdə saxlamaq sizin üçün faydalı olacaq;

 

Dolça: İş həyatında uğur qazanmaq üçün bu gün daha çox çalışmalı ola bilərsiniz. Şəxsi həyat və iş arasındakı balansı qorumağa diqqət edin;

 

Balıq: Merkuri retroqradının burcunuza doğru hərəkəti ünsiyyət və qərarvermə prosesində ehtiyatlı olmağınızı tələb edir. Daxili səsinizi dinləmək və emosional tarazlığınızı qorumaq sizin üçün faydalı olacaq;

 

Bugün Merkuri retroqradının təsiri ilə bəzi gecikmələr və anlaşılmazlıqlar yaşana bilər. Vacib qərarları təxirə salmaq və mövcud vəziyyətləri dəyərləndirmək üçün uyğun bir gündür.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR