"Rusiyanı çətin də olsa inandıra bilərik" - Tramp

"Rusiyanı çətin də olsa inandıra bilərik" - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlamalar verib. O, Rusiyanın da atəşkəsə razı salınmasının mümkün olduğunu bildirib.

 

Sfera.az “Milliyet”ə istinadən xəbər verir ki, Tramp Ukrayna və Rusiya ilə “çox yaxşı danışıqlar” apardıqlarını qeyd edib:

 

“Bu gün Rusiya və Ukrayna ilə çox yaxşı danışıqlar apardıq. Gözəl xəbərlər aldım. Ukrayna atəşkəsi qəbul etdi, Rusiyanı da çətin də olsa inandıra bilərik. Gözəl cavablar alırıq”.

 

O, müharibəyə görə keçmiş Prezident Co Baydeni tənqid edərək, Baydenin bu münaqişəyə icazə verməməli olduğunu vurğulayıb:

 

“Biz Rusiya məsələsinə qarışmamalı idik. Bayden bu müharibəyə icazə verməməli idi. Özündən qat-qat güclü biri ilə, nə qədər çox pulun olsa da, münaqişəyə girə bilmərsən”.

 

Tramp müharibə nəticəsində hər gün təxminən 2 min gəncin həyatını itirdiyini bildirib və bunun Üçüncü Dünya müharibəsinə yol aça biləcək bir təhlükə olduğunu deyib:

 

“Bütün proseslər Üçüncü Dünya müharibəsinə doğru gedirdi. İndi vəziyyət daha yaxşıdır. Bu, nüvə silahları və insanların bilmək istəməyəcəyi digər silah növləri səbəbindən misilsiz bir müharibə olardı”.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Baş Prokurorluqdan kinostudiyadakı partlayışa dair açıqlama - İstintaq aparılır

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...

Sudan səfiri İlham Əliyevdən nəyi xahiş etdi?

Sudan Azərbaycan tərəfindən bu ölkənin tələbələri üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib.   Sfera.az xəbər verir ki, bunu Sudanın Azərbayc...

Azərbaycan Prezidenti Sudan səfirinin etimadnaməsini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb...