Sülh müqaviləsi üçün Ermənistan bunları etməlidir - Politoloq

Sülh müqaviləsi üçün Ermənistan bunları etməlidir - Politoloq

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün Yerevanın Konustitusiya dəyişikliyi mütləqdir". 

 

Sfera.az xəbər verir ki, bu sözləri siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

 

O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması və Konustitusiya dəyişikliyi sülh müqaviləsinin mətnində yoxdur:

 

"17 bəndlik  Sülh müqaviləsinin mətni çap edilməlidir. Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Amma üç şərti sülh müqaviləsindən sonraya saxlayıb. Birinci, konustitusiya dəyişikliyini, ikincisi, ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı, üçüncüsü, Zəngəzur dəhlizinin açılması məsələləri hələ öz həllini tapmayıb.

 

Ermənistan parlamentində komissiya yaradılıb və yəqin ki, bu ölkənin Azərbaycana qarşı ərazi iddiaları qanunvericilik bazasından çıxarılacaq".

 

Politoloqun sözlərinə görə, sülh müqaviləsinin sərhəddə bağlanması daha məqbuldur:

 

"Rusiya təklif edir ki, sülh müqaviləsi Moskvada bağlansın. Mənim fikrimcə, Rusiyanı prosesə buraxmaq olmaz. Azərbaycan və Ermənistan Moskvada sülh müqaviləsi bağlamamalıdır. 

 

Paşinyan Türkiyəyə yaxınlaşmağa çalışır. Türkiyə məhz Ermənistanın müstəqilliyinin qarantı ola bilər. Rusiya və Qərb Ermənistandan regionda yalnız öz satalleti kimi istifadə edir.

 

Ermənistan qanunvericilik bazasında dəyişikliyə gedərsə, bu il yekun sülh müqaviləsi mümkündür".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İrandan etiraf: “Nüvə obyektlərinə ciddi ziyan dəyib"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi ABŞ və İsrailin hücumları nəticəsində ölkənin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib. Sfera...

Bakıda qəbirstanlıq yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbirstanlıq ərazisində yanğın olması barədə ilkin məlumat...

NATO sammiti gələn il Türkiyədə keçiriləcək

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Haaqada keçirilən sammitin yekun bəyanatında deyilir. 2027-ci ...

Universitetlərlə bağlı YENİLİK – 4 illik təhsil tarixə QOVUŞUR...

Azərbaycanda ali təhsil müddətinin azaldılması, son dövrlərdə təhsil sahəsindəki əsas müzakirə mövzularından birinə çevrilib. Təhsil müddətinin qısaldılması, cə...

Asteroid Ayla toqquşacaq

2024-cü ilin sonunda kəşf edilən, 60 metr enindəki “2024 YR4” adlı asteroidin 2032-ci il dekabrın 22-də Yerə çırpılma ehtimalı əvvəlcə 3,1 faiz olar...

Müasir enerji layihələri milli təhlükəsizliyimizin gücləndirilməsinə xidmət edir

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yen...