Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?
 

Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vidkaynd) milyonda bir rast gəlinən xəstəlik diaqnozu qoyulub. Uşaqlıq və gənclik illərini “normal” keçirən qadın bir anda qocalmağa başlayıb; dişləri tökülüb, saçları seyrəlib, dərisi qırışıb. Bu sindromlu insanların yeniyetməlik dövründə ölməsi gözlənildiyi halda, Tiffani 47 yaşına qədər yaşaya bilib.
 

"Qocalmaq belə bir nemətdir."

Bu sözlər 47 yaşında olduğuna inanmayacağınız Tiffaniyə aiddir. Tiffanyəi kifayət qədər normal bir uşaqlıq keçirsə də, yeniyetməlik illərinə çatanda xəstəliyin olduğunu başa düşüb. Tiffani hər idman növü ilə məşğul olan aktiv uşaq idi. Amma 20 yaşlarında onun sifət cizgiləri dəyişməyə, hətta dişləri də yaşlı adam kimi tökülməyə başlayıb.
 

Tiffaninin qardaşı Çad da eyni xəstəlikdən əziyyət çəkib. Çad açıq ürək əməliyyatı keçirdikdən sonra onun progeriyaya (sürətli qocalma xəstəliyi) səbəb olan mutasiya geni daşıdığı məlum olub.
 

Qardaşı xəstəliyə dözə bilməyib.
 

“Hutchinson-Gilford” və ya vaxtından əvvəl qocalma xəstəliyi kimi tanınan progeriyadan əziyyət çəkən Çad dünyasını dəyişib. Tiffaniyə “Hətta ömrünüzü aşmısınız” deyilib. Milyonda bir görülən bu xəstəliyə yoluxan Tiffani ömrünü ötərək tarix yazıb.
 

Üstəlik, Tiffaninin diaqnozu uşaqlıq illərində deyil, sonradan qoyulub. Qadın hələ gənc ikən dişlərini itirməyə başlayıb və dərisi yaşlı adamın dərisi kimi qırışıb. Tiffani 26 kiloya düşdü və ürək problemlərindən əziyyət çəkməyə başlayıb.
 

Lakin yenə də həyatından zövq alır
 

47 yaşında olduğuna inana bilməyən Tiffani xəstəliyi ilə rahat bir həyat sürür. Yoqa studiyası və öz şirkəti olan Tiffani hər günü doya-doya yaşamağa çalışır.
 

"Ölüm hər gün gözümün qabağındadır, amma bunu yarıda unuduram. Mənim üçün gözlənilməz olan bir həyatda bir neçə ömür yaşadım. Bilirəm ki, həyat belə bitə bilər”.
 

“Sönməkdə olsam da, mən olduğum kimiyəm” sözləri iləTiffani həyatını və özünü necə qucaqladığını ortaya qoyur.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edi...

Zelenskidən atəşkəs qərarına REAKSİYA:

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski...

“Yasak Elma”nın aktrisası rəfiqəsini bıçaqlayıb öldürdü - FOTO

Türkiyəli aktrisa Sevil Akdağ mübahisə etdiyi sosial media fenomeni olan rəfiqəsi Elif Kıravı bıçaqlayaraq öldürüb.    Sfera.az xəbər verir ki, ...

Toydan 2 yaşlı uşağı oğurlayan şəxs saxlanıldı

Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilən toy mərasimindən 2 yaşlı qız uşağının oğurlanması barədə məlumatlar yayılıb.   Sfera.az-ın məl...

Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratoru danışdı- VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub.    “Qafqa...

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var.    Sfera.az-ın məlumatına görə, tikinti maqnatının oğlu Şahi...