Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar


Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Ermənistan vasitəsilə xaricə satılarkən üzərində “Made in Armenia” sözləri yazılıb.

 

Sfera.az-ın məlumatına görə, o qeyd edib ki, buna səbəb qondarma rejimin “ixrac” etməyə hüququnun olmaması olub:

 

“İxrac olunan” növlər çox deyildi. Yalnız bir neçə şirkət idi ki, “ixrac”la məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal edilirdi”.

 

Digər təqsirləndirilən şəxs Bako Sahakyan da etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb.


OXŞAR XƏBƏRLƏR

Banqkok hava limanında insident: Sərnişin təyyarədən çıxarıldı - FOTO

Banqkokdan uçan “Thai Lion Air” reysi qəza çıxışının yaxınlığındakı oturacağa keçmək istəyən sərnişinlə yaşanan konflikt səbəbindən təxminən bir saa...

Sabah 37 dərəcə isti olacaq

Azərbaycanda iyunun 28-i havanın yağmursuz keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat ver...

Baş Prokurorluq kinostudiyadakı partlayışın ilkin ehtimalını açıqladı

“Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan...

Gömrüklə bağlı yeni qadağa: bunu edə bilməcəyəksiniz

“Gömrük məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olundu. Dəyişikliklər borcunun ödənilməsi sahəsində...

İranda çevriliş ehtimalı: Xameneidən sonra hakimiyyətə onlar gələ bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin Ali rəhbəri Əli Xamneidən sonra çevriliş yolu ilə hakimiyyəti ələ keçirə bilər.   Sfera.az Te...

Ermənistan xüsusi təyinatlıları II Qareginin iqamətgahına daxil olublar - VİDEO

Ermənistan hüquq-mühafizə orqanları Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verib.   Sfera.az xəbər verir ki, bu...