Bakıda tıxacların azaldılması üçün yeni yollar SALINACAQ – SİYAHI

Bakıda tıxacların azaldılması üçün yeni yollar SALINACAQ – SİYAHI

Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr məlum olub.

 

Sfera.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
 

Qeyd edilib ki, Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəcək dairəvi avtomobil yolunun və Bakı dairəvi-1 yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək dairəvi avtomobil yolunun layihə sənədlərinin hazırlanması istiqamətində işlər həyata keçirilir.
 

Binəqədi-Novxanı avtomobil yolunun layihələndirilməsi, Böyükşor Pirşağı avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində yol qovşağının layihə smeta sənədlərinin hazırlanması (mərhələ 2), Böyükşor yolu, Ziya Bünyadov prospekti, Babək prospekti və 8 Noyabr prospektini birləşdirən yeni magistral avtomobil yolunun layihə smeta sənədlərinin hazırlanması, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində ("Nargilə" kafesinin yanı) yol ötürücüsünün layihələndirilməsi üzrə təkliflər hazırlanıb.

 

Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planında qeyd olunan istiqamətlər üzrə metro xətlərinin tikintisi nəzərdə tutulmayıb.
 

 

Eyni zamanda, Bakının Baş planına əsasən Bakı şəhərində və Abşeron yarımadasının ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması və İctimai nəqliyyatın inkişafı ilə bağlı aşağıda qeyd edilmiş bir sıra prioritet tədbirlər nəzərdə tutulub ki, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt və Lökbatan istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı proqnozlaşdırılır:

 


1. Paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxış yolunun yaradılması;


2. Xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqi ilə M-1, M-2 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə "Xarici dairəvi yolu-Böyükşor-Ziya Bünyadov prospekti" yeni həlqəvi marşrutunun, habelə "Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı" kənar xarici həlqəvi yolunun və "Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu" yeni xarici həlqəvi yolunun yaradılması;

 

3. "Bakı-Sumqayıt şossesi"ndə, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının azaldılması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Xocasən qəsəbəsindən keçməklə Yasamal rayonu ərazisində "Xarici dairəvi yol" ilə birləşdirən paytaxtın strateji 3-cü şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması;

 

4. "Lökbatan-Xocasən" həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə "Zığ-Hövsan" şosesini birləşdirən yeni həlqəvi avtomobil yolunun, o cümlədən Bülbülə gölünün qərbindən keçməklə Sabunçu dairəsi ilə Zığ şosesini birləşdirəcək yeni həlqəvi şəhər magistralının yaradılması.


OXŞAR XƏBƏRLƏR

Qusarda qəzaya düşənlərin kimliyi bilindi

27.06.2025-ci il tarixində saat 14:00 radələrində Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar ...

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...