1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verib?

1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verib?

Dünən 1 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilməsi haqda xəbər yayılmışdı 

Səbəb kimi həbsxananın dükanında (laryokda) siqarət və çörəyin baha satılmasına etiraz edən dustaqların etirazını yatırmaq məqsədi güdüldüyü göstərilirdi(qeyri-rəsmi). Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə "bunt" xəbərini təkzib etdi.

Qaynarinfo.az-ın yaxın mənbələrdən əldə etdiyi məlumata görə, əslində isə səbəb bahalaşma yox, 1 saylı həbsxanaya gətirilən "Tsıqan" ləqəbli kriminal avtoritet Elmir Məmmədov olub."Tsıqa"nın cəzaçəkmə müəssəsinə gətirildiyi gün döyülərək "karsa" salınması "bratva"nı hiddətləndirib. Dustaqlar onun "zon"a qaytarılmasını tələb edərək etiraza başlayıblar. Vəziyyətin idarəolunmaz hala gəldiyini görən cəzaçəkmə müəssəsinin rəisi Rövşən Niyazov həbsxanaya "voyska" salıb. İşgəncə koridorundan keçirilən dustaqların bir qismi "Tsıqan" ləqəbli Elmir Məmmədov qarışıq şiddətli preslərin sınaqdan keçirildiyi "tubzona"(3-saylı həbsxanaya) aparılıb.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə "Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınır.


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...