"Hər kəs parik olduğunu düşünür": Qeyri-adi qalın saçlı qız doğulub - FOTOLAR

"Hər kəs parik olduğunu düşünür": Qeyri-adi qalın saçlı qız doğulub - FOTOLAR

Balaca Lijana Svenningsen qeyri-adi saçla doğulanda xəstəxanada bütün mamaları təəccübləndirib.

 

Sfera.az bildirir ki, Böyük Britaniyada qeyri-adi saçla doğulan körpə maraq mövzusu olub.

 

Qlazqodan olan 25 yaşlı ana Hajer (Hacer) Harizi genetika ilə bağlı: "Həm ərim, həm də mən çox saçlı doğulduğumuz üçün çox təəccüblənmədim"- deyə bildirib. 

 

Onun sözlərinə görə, xəstəxananın mamaçaları tez-tez palataya baş çəkir və deyirdilər: “Uzun saçlı doğulan körpəni görməyə gəlmişdik”.

 

Qızın qeyri-adi saç düzümü təkcə həkimlərin deyil, yoldan keçənlərin də diqqətini çəkir. "İnsanlar onun saçını soruşmaq üçün hər zaman bizə yaxınlaşırlar. Bir dəfə məndən parik olub-olmadığını soruşdular. Mən zarafatla "hə" cavabını verəndə mənə inandılar" - deyə Hacer paylaşıb.

 

Qadın deyir ki, belə dəbdəbəli saçlara qulluq etmək xüsusi diqqət tələb edir: "Qızımın saçları yağlandığı üçün üç gündən bir yuyuram. Şampun və kondisionerlərin zərərli kimyəvi maddələrin olub olmadığını yoxlamaq üçün xüsusi skan proqramından istifadə edirik".

 

Hacer hər gün qızının saçını düzəltməkdən həzz alır və onu kəsdirmək fikrində deyil. 

 

“Mən onun saçını hər gün düzəltməyi çox sevirəm və o, yaşlm özü bunu etməyə qərar verənə qədər kəsdirməyi planlaşdırmıram.”

 

Aynil


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...