Əmanətçilər banklardan pullarını geri çəkirlər

Əmanətçilər banklardan pullarını geri çəkirlər

Azərbaycanda əhalinin banklardan əmanətlərini geri götürməsində yeni dalğa başlayıb.
 
"Marja"nın bank filiallarında olmuş müxbirinin müşahidələri göstərir ki, əmanətini geri götürməyə gələn müştərilərin sayı xeyli çoxalıb. Bəzi filiallar əmanəti dərhal geri qaytara bilmədikləri üçün müştəri ilə bank işçiləri arasında gərgin mübahisələr yaranır.  
 
Əmanərçilər manatın günü-gündən dəyərdən düşməsindən narahatdırlar. Tam üzən məzənnəyə keçiddən sonra manatın dəyərdən düşməsinin daha da sürətlənməsi, USD/AZN məzənnəsinin tezliklə 2 manatı ötəcəyi barədə proqnozlar manat sahiblərini daha da narahat edir. Qısası, banklardakı manat təcili çıxardılaraq dollara çevrilir.
 
Bankların bir-birinin ardınca zərər açıqlaması, bu il bir neçə bankın bağlanacağının bəyan edilməsi də əmanətçiləri narahat edir. İndi bankda dollar əmanəti olanlar da pullarını geri götürməyə başlayıblar.
 
Bütün səylərə baxmayaraq maliyyə sektrounda sabitlik təmin olunmur.  Üzən məzənnə mağazalarda ərzaqların qiymətlərinin artmasına səbəb olmaqla bərabər, bankları da da pis vəziyyətə salır.
 
Manat tam üzən məzənnəyə keçdiyi 12 Yanvar 2017-ci il tarixindən bu yana dollar qarşısında 5%-ə yaxın dəyərdən düşüb. 12 Yanvar tarixində 1.7742 manat səviyyəsində olmuş məzənnə bu günkü hərracda 1.8559 manat səviyyəsinədək qalxıb.



OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...