KİV: Pentaqon Panama kanalını ələ keçirmək üçün əməliyyat hazırlayır

KİV: Pentaqon Panama kanalını ələ keçirmək üçün əməliyyat hazırlayır

ABŞ ordusu Prezident Donald Trampın administrasiyasının göstərişi ilə Panamada ABŞ-nin hərbi mövcudluğunu genişləndirmək üçün bir neçə variant, o cümlədən Panama kanalının ələ keçirilməsi əməliyyatı hazırlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, ABŞ Cənub Komandanlığı fəaliyyət variantları üzərində işləyir. Qeyd olunub ki, bunlara həm Panama ilə hərbi əməkdaşlığın genişləndirilməsi, həm də Atlantik və Sakit okeanlar arasında kanalın zorla ələ keçirilməsi ehtimalı az olan ssenari daxildir.

 

Bildirilib ki, hərbi gücdən istifadə ehtimalı Panama tərəfinin hərbi idarələr arasında ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır.

 

Mənbələr Tramp administrasiyasının məqsədinin Çinin Panama kanalı administrasiyası üzərində iddia edilən təsirini azaltmaq olduğunu bildirib. Mənbələrdən birinə görə, ABŞ-nin Cənub Komandanlığının rəhbəri admiral Alvin Halsi bu həftə müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqsetə müxtəlif variantların layihələrini artıq təqdim edib.

 

Onun Panama səfərinin apreldə baş tutacağı gözlənilir. Digər variantlar arasında sadəcə olaraq ABŞ gəmilərinin boğazdan təhlükəsiz keçidinin təmin edilməsi və ya ABŞ-nin bu boğazdakı mülkiyyətinin tam bərpası daxildir. Bundan başqa, ABŞ qoşunları tərəfindən Panamanın mövcud limanlarına nəzarətin yaradılması, eləcə də ABŞ Mühəndislər Ordusu Korpusunun bu ölkənin ərazisində yeni limanların tikintisi nəzərdən keçirilir. (Report)


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...