Tramp Putin və Zelenskiyə nə vəd etdi? - AÇIQLAMA

Tramp Putin və Zelenskiyə nə vəd etdi? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Ukrayna üçün müzakirə olunan atəşkəs imkanlarından və digər təkliflərdən danışıb. O bildirib ki, bu məsələ, Rusiya üçün məna kəsb edir. Eyni zamanda bunun Moskva tərəfinə bir çox mənfi təsirləri var. 

 

Tramp mənfi cəhət dedikdə nələri nəzərdə tuta bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Rusiya-Ukrayna müharibəsində atəşkəs rejiminin elan edilməsi məsələsinə Moskvanın maraq göstərmədiyini bildirib.

 

Politoloq qeyd edib ki, bu, əsasən Tramp administrasiyasının artıq rəsmi Kiyevlə razılaşmaya yaxın olması ilə bağlıdır:

 

“Əgər bu razılaşma imzalanarsa, Ukraynanın təbii sərvətlərinin istismar hüquqları ABŞ-nin əlinə keçəcək. Bundan əvvəl isə Zelenski hakimiyyəti Tramp administrasiyasından Ukraynaya təhlükəsizlik təminatının verilməsini tələb edir. Bu istiqamətdə danışıqlar artıq davam edir. Hesab olunur ki, 30 günlük atəşkəs elan olunsun və bu müddət ərzində həm ABŞ-nin Ukraynaya təhlükəsizlik təminatı verməsi, həm də təbii sərvətlərlə bağlı razılaşmalar yekunlaşdırılsın. Eyni zamanda sülh sazişinin mətni də hazırlanmalıdır. Lakin Rusiya bu şərtlərlə qətiyyən razı deyil. Kreml hesab edir ki, əgər ABŞ Ukraynaya təhlükəsizlik təminatı versə, Kiyev Moskva üçün artıq toxunulmaz hala gələ bilər. Halbuki Kreml Ukrayna ilə bağlı daha irəli gedən planlara malikdir və həmin planların yaxın gələcəkdə reallaşdırılmasında israrlıdır. Buna görə də Rusiya açıq şəkildə ABŞ-Ukrayna danışıqlarına etiraz edir, onların nəticələrini tanımaq niyyətində olmadığını və atəşkəslə razılaşmayacağını nümayiş etdirir”.

 

E.Xalidbəyli həmçinin, ABŞ-nin Ukraynanın sərvətləri və təhlükəsizliyi üzərindən bölgədə gücünü artırdığını, Rusiyanın isə iqtisadi çöküş fonunda təzyiqlərə tab gətirə bilmədiyini vurğulayıb.

 

Onun sözlərinə görə, prezident Putinin Kurska səfəri zamanı hərbi mundir geyinməsi də Tramp administrasiyasına savaşın dayandırılmayacağı mesajını verir:

 

“Halbuki Ağ Evdə çox yaxşı bilirlər ki, Rusiya artıq çökmə həddinə çatıb. Rusiyanın Ukrayna savaşına çəkdiyi gündəlik xərc bir milyard dolları aşır və iqtisadiyyat bu yükü daşımaqda çətinlik çəkir. Moskvanın yaxın zamanda çökməsi ehtimalı real görünür. ABŞ rəhbərliyi də bu vəziyyəti yaxşı dərk edir. Məhz buna görə də artıq Kreml ilə istədikləri tərzdə davranırlar. Rəsmi Kiyevin təbii sərvətləri ABŞ-yə istismar hüququ ilə verməyə razılaşmasından sonra Vaşinqton dərhal hərbi yardımları və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib. Bu isə Rusiyaya ciddi bir mesajdır. Trampın “Rusiya üçün mənfi nəticələr” dedikdə nəzərdə tutduğu da məhz bu məsələlər, təhlükəsizlik təminatı və təbii sərvətlər məsələsidir. Tramp administrasiyası Rusiyanın kaprizləri ilə hesablaşmaq niyyətində deyil və artıq bunun mesajı verilib. ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib ki, əgər Rusiya atəşkəslə razılaşmasa, ABŞ Rusiyanın sülhə yanaşma tərzinə və qarşıya qoyduğu hədəflərə yenidən baxmalı olacaq. Bu isə dolayısı ilə Kremlə təhdid mesajıdır. Yəni əgər Rusiya ABŞ-nin şərtlərinə uyğun davranmasa və sülh sazişindən yayınsa, ABŞ Ukraynaya hərbi dəstəyi daha da artıracaq. Bu halda isə müharibə uzanacaq və Rusiyanın vəziyyəti daha da ağırlaşacaq. Mövcud vəziyyət Rusiyanın xeyrinə irəliləmir. Tramp-Putin sövdələşməsinə olan ümidlər isə artıq tükənmək üzrədir”.

 

Fidan Hacızadə 
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...