Nikahdankənar uşaqların sayı artır - Səbəb NƏDİR?

Nikahdankənar uşaqların sayı artır - Səbəb NƏDİR?

Dünyaya gələn uşaqların təxminən 15 faizi nikahda olmayan qadınlar tərəfindən doğulur. Son illərdə bu nisbətdə azalma müşahidə edilmir və təxminən faiz nisbəti eyni olaraq qalır. Statistikaya əsasən nikahdan kənar uşaq dünyaya gətirilməsi halları daha çox kənd yerlərində olsa da, şəhərlərdə də bu cür faktlar az deyil. 

 

Bunun əsas səbəbi nə ilə bağlıdır və nikaha girməmək hansı risklər yaradır?
                               

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı nikahdankənar doğulan uşaqların sayının artmasının müxtəlif səbəblərlə əlaqəli olduğunu bildirib. 
Sosioloqun sözlərin görə, bəzi hallarda kənd yerlərində rəsmi nikaha yetərincə əhəmiyyət verilmir:

 

“İnsanlar arasında “toy etmək evlənmək deməkdir” düşüncəsi yayılıb. Bu səbəbdən nikahın bağlanması ya unudulur, ya da təxirə salınır. Lakin uşaq dünyaya gəldikdə sənədləşmə zərurəti yaranır və həmin anda rəsmi nikahın əhəmiyyəti aydın olur. Nikahdan kənar doğulan uşaqların sayını artıran digər bir səbəb erkən nikahlardır. Rəsmi nikahın olmadığı bu hallarda dünyaya gələn uşaqlar qanun qarşısında nikahdan kənar doğulmuş hesab olunur və bu hallar statistikaya məhz bu cür daxil edilir. Bəzi insanlar isə vətəndaş nikahında yəni rəsmi nikah olmadan birlikdə yaşayırlar. Hətta bəzi hallarda tərəflərdən biri və ya hər ikisi başqa şəxslə rəsmi nikahda olduqları halda birgəyaşayış qururlar. Cəmiyyətdə bu münasibətlər “vətəndaş nikahı” kimi təqdim edilsə də, hüquqi baxımdan bu, qeyri-qanuni birgəyaşayış formasıdır. Bu cür münasibətlərdən doğulan uşaqlar da nikahdan kənar doğulmuş sayılır”.

 

L.Mehranlı hər bir uşağın qanun qarşısında bərabər hüquqlarla dünyaya gəlməli olduğunu diqtə edib və cəmiyyətin damğalayıcı yanaşmasının onların psixologiyasını zədələdiyini xüsusilə vurğulayıb.

 


O bildirib ki, ümumilikdə, nikahdan kənar doğulan uşaqların statistikasını artıran əsas səbəblər: erkən nikahlar, rəsmi nikahın əhəmiyyətsiz hesab edilməsi, qeyri-qanuni birgəyaşayış hallarının artmasıdır:

 


“Bütün hallarda belə doğulan uşaqların hüquqları pozulur. Əgər bir uşaq həm ata, həm də ana vasitəsilə dünyaya gəlirsə, lakin atası onu övladı kimi tanımaq üçün əlavə sənəd imzalamağa məcbur qalırsa, bu həmin uşağa qarşı ədalətsizlikdir. Hər bir uşaq qanunla təmin olunmuş hüquqlar çərçivəsində dünyaya gəlməyi haqq edir. Bu hüquqların onlardan alınması düzgün deyil. Cəmiyyətdə bu cür uşaqları damğalamaq, onları “atasız” adlandırmaq onların psixoloji durumuna mənfi təsir göstərir. Buna görə də insanlar bu məsələdə daha həssas davranmalıdırlar. Unutmayaq ki, toy etmək evlənmək demək deyil. Birlikdə yaşamaq da ailə sayılmır. Dövlət yalnız rəsmi nikah şəhadətnaməsi olduqda bu birliyi ailə kimi tanıyır. Nə dini nikah, nə də vətəndaş nikahı hüquqi baxımdan ailə hesab edilir. Bu səbəbdən evlənmək istəyən cütlüklərin atmalı olduğu ilk və ən vacib addım rəsmi nikah bağlamaqdır. Toy, ev və qarşılıqlı razılıq rəsmi nikahı əvəz edə bilməz. Əsas odur ki, dövlət tərəfindən tanınan sənəd əldə edilsin və yalnız bundan sonra uşaq dünyaya gətirilsin”.

 

 

Fidan Hacızadə 
 


OXŞAR XƏBƏRLƏR

Türkiyəli jurnalist həbs edildi – CHP detalı

Türkiyəli jurnalist Rasim Ozan Kütahyalı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.   “Jurnalist Cümhu...

DİM sürücüləri imtahan edib

Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keç...

Rəsmi Bakıdan Tbilisidəki üçtərəfli görüşlə bağlı AÇIQLAMA - FOTO

17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Re...

FHN-çilər su basmış əraziləri belə təmizləyir - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir....

Nazir müavini təyin olunan şəxslər kimlərdir? - Dosye

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamlarla Anar Məhərrəm oğlu Bayramovu və Rəşad Əzizağa oğlu Mustafayevi əmək və əhalinin sosial müdafiəsi nazirini...

Üç dövlət şirkəti İnvestisiya Holdinqinin idarəetməsinə verildi -SƏRƏNCAM

Prezident İlham Əliyev 5 noyabr 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlər...