Botoks edənlər bu məkanlara daxil ola bilməyəcəklər

Botoks edənlər bu məkanlara daxil ola bilməyəcəklər

İngiltərənin məşhur "Top Secret Comedy Club" komediya klubu, botoks etdirən qonaqlara qapılarını bağlamağa qərar verib. Bu qərar, komediyaçılardan gələn şikayətlərdən sonra qəbul edilib. Səhnəyə çıxan sənətçilər, reaksiyasız üz ifadələri olan izləyicilərlə əlaqə qurmaqda çətinlik çəkdiklərini bildiriblər. Buna görə də, klub “ifadə testli” giriş tətbiqinə başlayacaq.

 

 

Sfera.az "Sözcü"yə istinadən xəbər verir ki, "Top Secret Comedy Club"  artıq 5 martdan etibarən, klubun qonaqları üçün “ifadə testi” tətbiq etməyə başlayacaq.

 

 

Bu test, xüsusi təlim keçmiş qapı işçiləri tərəfindən botoks istifadəsini müəyyən etmək məqsədilə həyata keçiriləcək. Məkanın sahibi Mark Rozman, komediyaçılarının üz ifadələrini görmək və izləyicilərin reaksiyalarını daha yaxşı anlamalarını istəyərək, botoks edilmiş üzlər səbəbindən atmosferin enerjisinin düşdüyünü qeyd edib:

 

“Komediyaçılarımız ifadəsiz üzlərə zarafat etməkdən bezib. İnsanların gülməsini, qaşlarını çatmasını, dodaqlarını bükməsini görmək istəyirik, amma botoks səbəbindən bu mümkün olmur”.

 

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...