Tarakanlar kiberböcəklərə çevrilir - Alimlərdən yeni kəşf - FOTO

Tarakanlar kiberböcəklərə çevrilir - Alimlərdən yeni kəşf - FOTO

Yaponiyadan və İndoneziyadan olan alimlər tarakanları axtarış-xilasetmə missiyalarında istifadə oluna biləcək kiborq həşəratlara çeviriblər. Osaka Universiteti və Diponegoro Universitetinin tədqiqatçıları tərəfindən inkişaf etdirilən bu yeni texnologiya, kiçik və çətin ərazilərdə kəşfiyyat fəaliyyəti aparmağa imkan verəcək.

 

Sfera.az "Haber7.com"a istinadən xəbər verir ki, tədqiqatçılar, tarakanların təbii hərəkət qabiliyyətlərindən faydalanaraq onları elektron cihazlarla təchiz ediblər.

 

Həşəratların antenlərinə və bədənlərinə yerləşdirilən elektrodlar vasitəsilə hərəkətləri idarə etmək mümkündür. Mühəndislik üzrə mütəxəssis Moçammad Ariyanto bildirib ki, kiçik ölçülü robotların istehsalı çətin bir prosesdir, buna görə də təbii bir orqanizmə elektron cihazlar əlavə etməyi seçiblər.

 

Bu sistem sayəsində Madaqaskar tarakanlarının qum, daş və taxta maneələrlə dolu ərazilərdə uğurla hərəkət etdiyi müşahidə olunub. Yeni yaradılmış “biobiorid davranış əsaslı naviqasiya sistemi” (BIOBBN)  sayəsində kiborq həşəratlar müəyyən edilmiş hədəfə çatarkən qarşılarına çıxan maneələri aşırlar.

 

Sistemin iki fərqli alqoritmi var: sadə mühitlər üçün istifadə edilən sistem böyük elektron bel çantası tələb edir, mürəkkəb ərazilərdə isə yüngül avadanlıqla işləyir. Bu texnologiya zəlzələ və müharibə kimi fəlakətlər zamanı dağıntılar altında qalanları aşkar etmək üçün istifadə oluna bilər. Eyni zamanda, dar tunellər, boru xətləri və insanların çətin daxil ola biləcəyi ərazilərdə kəşfiyyat aparmaq və ekoloji monitorinq aparmaq üçün də dəyərlidir.

 

Osaka Universitetinin tədqiqatçısı Keisuke Morishima bildirib ki, bu naviqasiya sistemi, mexaniki robotların qarşılaşdığı əsas problemləri aradan qaldıraraq, gerçək dünya şəraitində istifadə üçün uyğun bir həll təqdim edib. Lakin alimlər bu texnologiyanın həşəratların reaksiyalarını daha dərindən araşdırmağa davam edəcəklərini bildiriblər.

 

Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...