Qadınların 80 faizi belə kişilərə üstünlük verir - ARAŞDIRMA

Qadınların 80 faizi belə kişilərə üstünlük verir - ARAŞDIRMA

Araşdırmalar qadınların kişilərə maraq göstərməsində əsas meyarın sosial status olduğunu ortaya qoyur. 

 

Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bir çox kişi qadınların diqqətini cəlb etməyin yollarını xarici görünüşdə və fiziki xüsusiyyətlərdə axtarsa da, elmi tədqiqatlar bu məsələnin daha dərindən psixoloji və sosial faktorlarla əlaqəli olduğunu göstərir. Sosial status – kişinin cəmiyyətdəki mövqeyi, nüfuzu, maddi durumu və liderlik qabiliyyətlərini əhatə edir.

 

Mütəxəssislər bildirirlər ki, qadınlar üçün kişinin cəmiyyətdəki yeri, xarici görünüşdən daha önəmlidir. Müasir tanışlıq platformaları, müəyyən fiziki meyarları ön plana çıxarsa da, psixoloji siqnallar – sabitlik, güvən, liderlik və bacarıq qadınların qərarvermə prosesində həlledici rol oynayır. Bu səbəbdən də romantik və hekayə əsaslı məzmunlarda qadınların daha çox sosial statusu yüksək kişi obrazlarına maraq göstərməsi təsadüfi deyil.

 

Mövzuyla bağlı təkcə insanlara deyil, heyvanlara aid müşahidələr də aparılıb. Məsələn, dişi şimpanzelər daha çox qida gətirən erkəklərə üstünlük verir.
Təkamül nəzəriyyəsi də bu fikri dəstəkləyir. Çarlz Darvinin “seksual seçmə” nəzəriyyəsinə görə, bəzi xüsusiyyətlər sırf cinsi cazibə məqsədilə formalaşır. Erkək tovuzquşunun parlaq lələkləri də məhz bu məqsədə xidmət edir.

 

Araşdırmalar göstərir ki, qadınlar kişilərin 70 faizini cəlbedici hesab etmir. Bu isə kişilərin sosial statuslarını yüksəltmək üçün daha çox çalışmalı olduqlarını ortaya qoyur. Məşhur 80/20 prinsipi də bu fikri təsdiqləyir. Belə ki, qadınların 80 faizi sosial statusu yüksək olan 20 faiz kişiyə üstünlük verir.

 

Analitiklərin fikrincə, sosial statusun artırılması yalnız qadınların diqqətini cəlb etmək üçün deyil, həm də kişinin cəmiyyətdə nüfuz qazanması və həyatdakı məqsədini tapması baxımından vacibdir.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...