Azərbaycan vətəndaşlarının böyrəyini satan qadın həbs olundu

Azərbaycan vətəndaşlarının böyrəyini satan qadın həbs olundu

56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.

 

Sfera.az xəbər verir ki, bu haqda Polşanın Przemışl şəhər prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, Polşa sərhədçiləri insan orqanlarının alveri ilə məşğul olan cinayətkar qrupun üzvü, 35 yaşlı Ukrayna vətəndaşını saxlayıb. Qazaxıstanda qadına qiyabi olaraq 12 il həbs cəzası verilib. 

 

Qadın martın 6-da İnterpolun sorğusu əsasında Polşa ilə Ukrayna arasında dəmir yolu keçidində saxlanılıb. Saxlanılan şəxs 2020-ci ilin noyabr ayından axtarışda olub. Qazaxıstan xüsusi xidmət orqanlarının məlumatına görə, qadın 2017-2019-cu illərdə cinayətkarlıqla məşğul olub. Onun qurbanları arasında Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailand vətəndaşları olub.

 

Dindirmədən sonra prokurorluq rayon məhkəməsinə həbs edilən şəxsin sonradan ekstradisiyası üçün 7 sutka müddətinə həbs edilməsi barədə vəsatət qaldırıb


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...