Səudiyyə Ərəbistandakı görüş nə vəd edir? - “Ciddi nəticələr…”

Səudiyyə Ərəbistandakı görüş nə vəd edir? - “Ciddi nəticələr…”

Bu gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində Ukrayna tərəfinin də iştirak etdiyi mühüm görüş keçiriləcək. Görüş ABŞ və Ukrayna arasında baş tutacaq və müharibənin gələcək gedişatına təsir edə biləcək məsələlər müzakirə ediləcək. 

 

Bu görüşlə bağlı fikirlərini Sfera.az-la bölüşən politoloq Natiq Mirinin sözlərinə görə, Ciddədəki danışıqlar Ukraynanın mövqeyini və güzəştə getməyə nə dərəcədə hazır olduğunu müəyyənləşdirmək üçün təşkil olunub:

 

“ABŞ bu görüş vasitəsilə Ukraynanın hansı güzəştləri qəbul edə biləcəyini yoxlamaq istəyir. Eyni zamanda, Vaşinqton Kiyevə təzyiq siyasətini davam etdirəcək. Xüsusilə Tramp administrasiyasının mümkün siyasətini nəzərə alsaq, görünür ki, ABŞ müharibəni daha çox Ukraynanın hesabına dayandırmaq istəyir. Çünki Putin Rusiyası indiki vəziyyətdə geri çəkilmək niyyətində deyil. Bununla yanaşı, ABŞ-nin uzunmüddətli geosiyasi məqsədləri var. Vaşinqton, müəyyən mənada, Rusiyanı gücləndirib gələcəkdə Çindən ayırmaq və öz tərəfinə çəkmək niyyətindədir. Bu isə Ukraynanın maraqlarına uyğun deyil”. 

 

N.Miri bildirib ki, Ukrayna bu görüşə müharibəni dayandırmaq üçün konkret planla gəlib. Politoloqun məlumatına görə, bu plan daha çox hava və dəniz sahələrində döyüşlərin dayandırılmasını nəzərdə tutub:

 

“Ukrayna quruda atəşkəsin elan olunmasını istəmir. Çünki Kiyev hesab edir ki, Rusiya artıq tükənib. Həm canlı qüvvə, həm də texnika baxımından ciddi problemlər yaşayan Rusiya, əgər quruda da döyüşləri dayandırsa toparlanmaq üçün vaxt qazanacaq. Bu isə sonrakı mərhələdə Rusiyanın yenidən hücuma keçmək imkanlarını artıracaq”. 

 

Politoloq hesab edir ki, Ukrayna hər hansı sülh və ya atəşkəs razılaşmasına getməzdən əvvəl ciddi təhlükəsizlik təminatları tələb edəcək:

 

“Ukrayna yalnız o halda razılaşmaya gedəcək ki, ona real təhlükəsizlik zəmanətləri verilsin. Belə bir təminat olmadan, Kiyev hansısa razılaşmaya getməyə tələsməyəcək. Ukraynanın əsas narahatlığı Rusiyanın gələcəkdə yeni hücumlara başlamasıdır”. 

 

Bundan əlavə, müzakirələrdə Ukraynanın itirdiyi ərazilərin taleyinin də önəmli yer tutduğunu söyləyən N.Miri qeyd etdi ki, ABŞ bu məsələdə Ukraynadan ciddi güzəştlər gözləyir:

 

“Lakin Kiyev öz ərazi bütövlüyünü qorumaqda israrlıdır. Bu görüşdə eyni zamanda ABŞ-nin dayandırdığı hərbi yardımın bərpa olunması məsələsi də gündəmə gələcək. Görüşdə Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi və dayandırılan hərbi yardımın davam etdirilməsi də müzakirə olunacaq. Ancaq bu məsələlər birbaşa Ukraynanın edəcəyi güzəştlər fonunda qiymətləndiriləcək. Yəni, Vaşinqton müəyyən güzəştlər istəyəcək”. 

 

Politoloq hesab edir ki, görüş çərçivəsində müzakirə ediləcək vacib mövzulardan biri də Ukraynada növbəti prezident seçkilərinin keçirilməsi məsələsidir:

 

“ABŞ-nin bəzi dairələri bu tələbi irəli sürsə də, ekspertlər bunu real hesab etmir. Doğrudur, Tramp administrasiyası və bəzi Qərb dairələri Ukraynada yeni prezident seçkilərinin keçirilməsini tələb edir. Lakin bu, hazırkı reallıqda mümkün deyil. Zelenski hazırda ölkədə bütün siyasi qüvvələrdən daha güclü liderdir və onun reytinqi Ağ Evdəki söz duellasından sonra 68 faizə qədər yüksəlib. Bununla yanaşı, milyonlarla ukraynalı müharibə səbəbilə ölkəni tərk edib və onların necə səs verəcəyi ilə bağlı heç bir mexanizm yoxdur. Ona görə də, Ukraynada seçkilərin keçirilməsi real deyil və bu, cəmiyyətdə parçalanmaya səbəb ola bilər”. 

 

Politoloq düşünür ki, görüşün əsas məqsədi tərəflərin mövqelərini dəqiqləşdirmək və sülhə münasibətini test etməkdir:

 

“Bu mərhələdə ciddi razılaşmalar əldə olunmayacaq və danışıqların əsas nəticəsi ABŞ və Rusiyanın gələcək müzakirələrinin yolunu açmaq olacaq. İlk görüşdə tərəflər daha çox mövqelərini ortaya qoyacaq, sərhədlərin harada müəyyən edilə biləcəyi və hansı güzəştlərə gedilə biləcəyi yoxlanılacaq. Bunun ardınca ABŞ və Rusiya arasında yeni danışıqların başlaması gözlənilir. Bu görüşdə Ukrayna hələ ki, yalnız öz şərtlərini irəli sürəcək, lakin real nəticələr üçün Moskvanın mövqeyi də dəqiqləşməlidir. Sonda müharibənin necə və hansı şərtlərlə bitəcəyinə dair əsas qərar ABŞ-Rusiya arasında aparılacaq müzakirələrdə veriləcək”. 

 


Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...