Türkiyəyə qarşı birlik - "Planlarına Azərbaycanı da qatmaq istəyirlər..."

Türkiyəyə qarşı birlik - "Planlarına Azərbaycanı da qatmaq istəyirlər..."

Rusiya, İsrail və İran Suriyada Türkiyəyə qarşı eyni cəbhədə yer alıblar. Belə ki, Rusiya və İran Latakiyada ələvilərin yeni muxtariyyətini yaradıb, Suriyada təhlükəsizliyin təmin edilməməsi və Türkiyənin mövqeyinin zəifləməsi istiqamətində vahid şəkildə işləyib.

 

Latakiyada üsyan planın mərkəzi Tatrusda Rusiya hərbi bazasıdır. Tramp administrasiyası da İsrailə görə Suriya məsələsində Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmir. İsrail baş naziri Benyamin Netanyahu Suriya məsələsində İran və Rusiyanın siyasətini dəstəkləyir. Göründüyü kimi, anti-Türkiyə koalisiyasında İsrail və İran ayrı-ayrılıqda olsa da, eyni cəbhədədirlər.

 

Maraqlıdır, güclərin birləşməsi Türkiyəyə hansı zərbəni vura bilər? Azərbaycanın mövqeyi necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə güclüdür, Rusiya və İranı Suriyada kifayət qədər zəiflədib.  

 

Onun sözlərinə görə, müttəfiqlər ciddi uğur qazana bilməyəcəklər:

 

“Türkiyə prosesi pozacaq. İran və Rusiya ələvilərin sıx məskunlaşdığı Latakiya bölgəsində silahlı üsyana hazırlıq işləri aparırdı. Suriya hökuməti proseslərin qarşısını almaq üçün Latakiyada təmizləmə əməliyyatına başladı. Suriyada sabitliyin bərpa olunması istiqamətində işlər həyata keçirir. Bu məsələdə ABŞ-nin də xüsusi rolu var. Ağ Ev konkret olaraq İrailin mövqeyini dəstəkləyir”. 

 

M.Əsədullazadənin fikrincə, Suriya ilə bağlı proseslər gərgin situasiyada davam edəcək:

 

“Türkiyə və Suriya Latakiyada İran-Rusiya tandeminin planının qarşısını alıb. İsrailin druzlardan istifadə edərək Suriyanın cənubunda möhkəmlənməsi Türkiyə və İsrail arasında növbəti mərhələdə gərginliyə səbəb ola bilər. Tramp və administrasiyası məhz B. Netanyahunun istəyi ilə Türkiyə əleyhinə Suriyadan hərbiçilərini çıxarmır”. 

 

Politoloq qeyd edib ki, İsrail “İbrahim sazişləri”nə Azərbaycanı da qatmaq istəyir. Lakin Azərbaycan Yaxın Şərqdə baş verənlərə ümumiyyətlə qarışmamalı və bu məsələdə Türkiyənin yanında olmalıdır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...

Bu cütlüklərin boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...