Mask "X" şəbəkəsinə Ukraynanın hücum etdiyini bildirdi

Mask "X" şəbəkəsinə Ukraynanın hücum etdiyini bildirdi

İlon Mask “X” sosial şəbəkəsində baş verən uzunmüddətli giriş problemi ilə bağlı açıqlama verib. 

 

O, Fox Business Network-ə verdiyi müsahibədə bildirib ki, hadisənin səbəbi ilə bağlı tam dəqiq məlumat yoxdur.

 

 “X sistemini çökdürmək üçün Ukrayna mənşəli IP ünvanları vasitəsilə genişmiqyaslı bir kiberhücum həyata keçirilib”-  Mask qeyd edib.

Onun sözlərinə görə, hazırda platformada hər hansı bir giriş problemi yoxdur.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR