Üzərində Heydər Əliyevin və İlham Əliyevin rəsmi olan “iPhone”lar - 6200 AZN

Üzərində Heydər Əliyevin və İlham Əliyevin rəsmi olan “iPhone”lar - 6200 AZN
"Caviar” italyan brendi üzərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin və prezident İlham Əliyevin rəsmi olan "iPhone”lar hazırlayıblar. Smartfonlar artıq Azərbaycanda satışa çıxarılıb.

Sonuncu "Supremo" kolleksiyasına daxil olan "Supremo H.Aliyev" smartfonunun hazırlanmasında qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində Ümummilli liderin rəsmi, imzası, rəsmin ətrafında isə "Müasir Azərbaycanın yaradıcısı" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsulu ilə işlənib. Smartfonlar bu il 24-cü ildönümü qeyd ediləcək Milli Qurtuluş Gününün yaradıcısı olan Ümummilli liderin şərəfinə hazırlanıb. Limitli "Supremo H.Aliyev" smartfonu məhdud sayda - cəmi 24 ədəd satışa çıxarılıb. Bu telefon müştərilərə 6000 AZN-ə təklif olunur. 

Digər "Supremo" kolleksiyası olan "Supremo I.Aliyev" smartfonunun hazırlanmasında da qara alliqator dərisindən və titandan istifadə olunub. Titan üzərində dövlət başçısının rəsmi, imzası, rəsmin ətrafında isə "Azərbaycan Respublikasının Prezidenti" sözləri və Azərbaycan Respublikasının gerbi oyma üsülu ilə işlənib. Ötən il 55 illik yubileyini qeyd etmiş prezidentin şərəfinə həsr olunmuş bu limitli smatfonlar məhdud sayda - 55 ədəd satışa çıxarılıb. Bu smartfonun qiyməti 6200 AZN-dir.

"Caviar" brendinin Azərbaycana həsr etdiyi modellərdən biri də "Atlante" kolleksiyasına daxil olan "Atlante Azerbaijan" smartfonudur. Bu modelin hazırlanmasında Perla Penna zərgərlik emalatxanasının ustaları qara alliqator dərisindən istifadə ediblər, onun üzərində isə titandan olan Azərbaycan Respublikasının gerbi əks olunub. "Atlante Azerbaijan" smartfonu limitli olaraq 33 sayda satışa çıxarılıb və qiyməti 5500 AZN-dir.

/// buro247.az

OXŞAR XƏBƏRLƏR

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...

Düzgün qablaşdırılmayan yük faciəyə səbəb oldu - Ölən var

Ötən gün saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hər...