Azərbaycanda qarölçmə işlərinə başlanıldı


Azərbaycanda qarölçmə işlərinə başlanıldı

Azərbaycanın yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssislərinin ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin təşkil etdiyi qarölçmə işlərində birgə iştirak edilməsi məqsədilə mart ayının 7-dən etibarən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərininin aparılması üçün ekspedisiyalar təşkil edilib.

 

Qarölçmə işləri 36 marşrut üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan MR-nın dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq.

 

Qaqölçmə işləri Böyük Qafqazın (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar), Kiçik Qafqazın (Daşkəsən, Gədəbəy, Göygöl), Şərqi Zəngəzur və Qarabağ İtisadi rayununun (Kəlbəcər, Laçın, Şuşa, Xocavənd) və Naxçıvan MR-nın (Şahbuz, Ordubad) ərazisindən axan çayların hövzələrində həyata keçirilməklə, qar örtüyünün hündürlüyü, çəkisi ölçülərək onun sıxlığı və sululuğu təyin olunacaq.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...