İran Suriyadakı son “qala”sını itirir - Hökumət ələvilər yaşayan əraziləri nəzarətə götürüb

İran Suriyadakı son “qala”sını itirir - Hökumət ələvilər yaşayan əraziləri nəzarətə götürüb

Suriyanın Aralıq dənizi sahillərində yerləşən əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşar Əsədin tərəfdarları arasında bir neçə gündür ki, toqquşmalar baş verir. Toqquşmalarda ölənlərin sayı 1000 nəfəri ötüb. 

 

Həmin ərazilərdə yaşayanların əksəriyyəti şiə müsəlmanlardır və onlar Aralıq dənizi sahilindəki ərazilərə yüksək muxtariyyət statusunun verilməsini tələb edirlər. İddialara görə, silahlı müqavimətin arxasında İran dayanıb. 

 

Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsəlluzadə Suriyanın Latakiya-Hime bölgələrində baş verən hadisələrdə keçmiş prezident Bəşər Əsədin tərəfdarlarının, xüsusən də ələvilərin silahlı qüvvələrinin, İran və Rusiya tərəfindən dəstəkləndiyini bildirib.

 

“Bu ölkələr, mərkəzi hakimiyyəti qorumağa və Türkiyənin Suriya siyasətinin zəifləməsinə nail olmağa çalışırlar”, - deyən politoloq əmindir ki, bu aksiyalarda Rusiya və İranın dəstəyi olub:

 

“İran və Rusiyanın bu dəstəyi uğursuz olacaq. Rusiya Suriya üzərində siyasi nüfuzunu itirməkdədir. Rusiyanın məqsədi, burada öz hərbi bazalarını qorumaq və Suriya hakimiyyətinin əksər hissəsini nəzarətdə saxlamaqdır. İran isə istəyir ki, ələvilər yaşayan ərazilərdə təsir imkanlarını saxlasın”. 

 

Politoloq Suriya və Türkiyənin həmin ərazilərdə rəsmi Dəməşqin hakimiyyətinin bərpası üçün birgə mübarizə apardığını da vurğuladı:

 

“Suriya və Türkiyə bu məsələlərlə ciddi məşğul olur. Türkiyə bu gərginlikdən istifadə edərək Suriyanın gələcək siyasi strukturlarında öz maraqlarını qorumağa çalışır. Etnik və separatçı bölgələrdə gərginlik artır və bu bölgələrdəki müxalifət ilə hökumət qüvvələri arasındakı qarşıdurmalar güclənir. Türkiyə isə öz təhlükəsizliyini təmin etmək və bölgədəki nüfuzunu genişləndirmək məqsədilə bu proseslərə aktiv şəkildə müdaxilə edir”. 

 

M.Əsədullazadə hesab edir ki, Suriyanın qeyd edilən bölgəsində baş verənlər Rusiyanın və İranın regiondakı nüfuzunu bir qədər də zəiflədəcək: “Rusiyanın Suriya və İran üzərindəki nüfuzu getdikcə zəifləyir. Latakiya bölgəsində baş verən silahlı münaqişə Rusiyanın bu ərazidəki maraqlarını təhdid edir. Yaranmış vəziyyət Rusiyanın gələcəkdə Suriyada hərbi mövqelərini daha da zəiflədəcək. Latakiya bölgəsi, hərbi bazalarını qorumaq istəyən və ərazidəki siyasi vəziyyəti idarə etməyə çalışan Rusiya üçün olduqca vacibdir. Bu bölgədə baş verən gərginlik Rusiya üçün ciddi strateji itkilər yaradacaq”. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...