Tanınmış model xərçəngdən əziyyət çəkir - FOTO

Tanınmış model xərçəngdən əziyyət çəkir - FOTO

Tanınmış modelyer, bir dövrün “Victoria’s Secret” modeli olan italiyalı Bianca Balti keçən ilin sentyabr ayında yumurtalıq xərçənginə tutulduğunu açıqlayıb. 

 

Sfera.az "Posta" qəzetinə istinadən xəbər verir ki, Bianca Balti, sentyabr ayında sosial media hesabında bu xəstəliklə bağlı ilk dəfə paylaşım etmişdi.

 

O, həmin paylaşımında üzləşdiyi xəstəlik haqqında məlumatları izləyiciləri ilə bölüşmüşdü: “Keçən bazar təcili yardıma getdikdən sonra, alt qarın ağrımın 3-cü mərhələ yumurtalıq xərçəngi səbəbindən olduğunu öyrəndim. Qarşıda uzun bir yol var, amma bu xəstəliyə qalib gələcəyimi bilirəm. Özüm, sevdiklərim, qızlarım və gücə ehtiyacı olan hər kəs məndən pay götürə bilər, çünki yüküm böyükdür”. 

 

Kimyaterapiya zamanı saçlarını kəsən Balti, saçlarının tökülməsindən məyus olmadığını, əksinə, gözəllik şablonlarını son anda yıxdığı üçün özünü azad hiss etdiyini bildirib. Məşhur model, “The Times” qəzetinə verdiyi müsahibədə üzləşdiyi vəziyyətdən danışıb:

 

“Saçlarımı itirmək, mənə güc verdi. Çünki ən cazibədar və ya ən gözəl qız olmaq üçün yarışmıram. Mən həyatım üçün mübarizə aparıram. Qırmızı xalçaya çıxmaqdan qorxmuram”. 

 

Bianca Balti, ən son “Oscar” mərasimi sonrası keçirilən gecə partiyasında qırmızı xalçada görüntülənmişdi. Parik taxmayan tanınmış modelin son görüntüsünə izləyicilərindən minlərlə tərif mesajı gəlib. 

 

Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...