Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək – BU TARİXDƏ

Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün aprelin 17-də imtahan keçirəcək.


Bu barədə Sfera.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, həmin şəxslər martın 10-da 14:00-dan 30 mart saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.


İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
 

“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.

 

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.


Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional Bölməsində kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
 

İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.

 

Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
 

10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
 

Xüsusi hazırlığın proqramı ilə bu link vasitəsilə tanış olmaq olar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - Mikayıl Cabbarov

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".   Sfera.az APA-ya istinadən xəbər verir k...

Dörd kosmonavt kosmosa göndərildi

“Boeing” şirkətinin “Starliner” kosmik gəmisində yaşanan texniki nasazlıqlar səbəbindən uçuşu bir il təxirə salınan dörd nəfərlik kosmon...

Azərbaycan qazının Suriyaya ixracına başlanılıb - VİDEO

Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, qeyd olun...

Avropa sürücülük vəsiqəsinə yaş məhdudiyyəti qoydu - Yenilik

Avropa İttifaqı (Aİ) sürücülük təhlükəsizliyini artırmaq məqsədilə yeni yaş məhdudiyyəti tətbiqinə başlayıb. Yeni qaydalar İspaniyada qüvvəyə minib.   ...

Bakıda 38 dərəcə isti var - FAKTİKİ HAVA

Avqustun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az verilən məlumata görə, avqustun 2-si saat 10:...

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...