Yüksək texnologiyaları xaricdən alırıq - "Bu sahədə mütəxəsis çatışmazlığı var"

Yüksək texnologiyaları xaricdən alırıq - "Bu sahədə mütəxəsis çatışmazlığı var"

2024-cü ildə Azərbaycanın yüksək texnologiyalar məhsullarının ticarətində ciddi kəsir yaranıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkəyə 1,7 milyard dollar dəyərində yüksək texnologiyalar məhsulları idxal edilib. Eyni dövr ərzində Azərbaycanın yüksək texnologiyalar məhsullarının ixracı isə yalnız 183,8 milyon dollar təşkil edib. Nəticədə, yüksək texnologiyalar məhsulları ticarətində 1,53 milyard dollar kəsir yaranıb. 

 


Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova qeyd edib ki, Azərbaycanın yüksək texnologiyalar sahəsində bəzi çatışmazlıqları mövcuddur.

 

Ekspert söylədi ki, Azərbaycanda yüksək texnologiyalar məhsullarının istehsalı mövcud olsa da, bu sahə hələlik lazımi istehsal imkanlarına sahib deyil. “Bəzi məhsulların istehsalı isə ümumiyyətlə həyata keçirilmir”, - deyən G.Hüseynova bildirib ki, bu səbəblərdən yüksək texnologiya sahəsində məhsulları əsasən idxal edirik. 

 

Ekspertin fikrincə, Azərbaycanın yüksək texnologiya məhsullarının istehsalını artırmaq üçün mütəxəssis çatışmazlığının aradan qaldırılması və müvafiq zavodların yaradılması vacibdir. 

 

Hazırda texnologiya dövründə yaşadığımızı qeyd edən ekspert, ölkəmizin Rusiya və Türkiyə kimi bazarlara meyvə və tərəvəz ixrac etmək əvəzinə, texnoloji avadanlıqlar ixrac etməsinin daha məqsədəuyğun olduğunu bildirib:

 

“Nəticə etibarilə, Azərbaycanın yüksək texnologiyalar sahəsindəki ticarət kəsirini azaltmaq və bu sahədə ixracı artırmaq üçün həm istehsalın, həm də mütəxəssis potensialının artırılması vacibdir. Bu, həm ölkənin iqtisadi inkişafına, həm də beynəlxalq bazarda mövqeyinin güclənməsinə töhfə verə bilər". 

 


Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...