Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətlər sadələşdirildi


Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətlər sadələşdirildi

Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciətlər sadələşdirilib.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

 

Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.

 

Belə ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

 

Nazirlər Kabinetinin təsdiq etdiyi "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilib. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulub və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.

 

Digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımı 2025-ci il yanvarın 1-dən başlamalıdır.

 

Müştərək maliyyələşmə məbləği haqqında güzəşt 2026-cı il yanvarın 1-nə qədər uzadılıb.

 

Tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

 


OXŞAR XƏBƏRLƏR

Generalın qardaşı da general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 4 polkovnikə “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Onlardan...

Paytaxtın üç rayonunda söküntü başlayır - Hansı evlər plana düşəcək?

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib. ...

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.   Sfera.az ...

“Azərbaycanda tələbələrin sayı artırılmalıdır” – Ekspert

Son illərdə Azərbaycanda hər 10 min nəfərə düşən ali məktəb tələbələrinin sayı artsa da, bu göstərici hələ də region ölkələri ilə müqayisədə aşağıdır. Dövlət St...

“Pop Kralı”nın ölüm günüdür...

Bu gün dünya musiqisinin tanınmış simalarından olan, “Popun Kralı” Maykl Ceksonun vəfatından 16 il ötür.   Sfera.az xəbər verir ki,...

Doğum azalır, ailələr kiçilir- Gender problemi

Müasir dünyada gender bərabərliyi, ailə institutunun sabitliyi və demoqrafik dəyişikliklər bir-biri ilə sıx bağlı olan, cəmiyyətin strukturuna və gələcəyinə bir...