Elgiz: “Qızda kişi gücü vardı, məni boğurdu, xırıldayırdım”

Elgiz: “Qızda kişi gücü vardı, məni boğurdu, xırıldayırdım”

Elgiz Əkbər efirdə başına gələn qoxunc hadisədən söz açıb.

 

Sfera.az olay-a istinadla xəbər verir ki, bu barədə aparıcının özü danışıb.

 

O bildirib ki, 15 yaşlı psixi xəstə ona hücum çəkib:

 

“İllər əvvəl aparıcısı olduğum proqrama bir ailə yardım üçün müraciət etmişdi. Həmin ailənin 15 yaşlı qızı psixi pozğunluqdan əziyyət çəkirdi. Amma belə problemin olduğunu bilmirdim.

 

Qız ailəsi ilə tamaşaçıların arasında birinci sırada əyləşmişdi. Proqramın ortasında gördüm ki, qız mənə baxıb qəribə hərəkətlər, səslər çıxarır, mənə tərs-tərs baxır. Mən də çaş-baş qalmışdım.

 

Ekspertlərin biri qızın hansı vəziyyətdə olduğunu bilib, başlayıb onu aqressivləşdirməyə. Kamera eksperti göstərməyəndə o qıza baxıb qaşlarını çatıb. Qız efirdə mənə hücum çəkdi.

 

Arxada da dekorasiya var idi. Həmin dekorasiya sökülüb-yığılırdı. Yəni əl vursan, dekorasiya yerə töküləcək.

 

Üstümə hücum etdikcə, mən arxaya çəkilmək məcburiyyətində qaldım. Tutdu mənim boğazımdan.15 yaşında gənc bir qızın gücü inanılmaz bir şeydir. Kişi səsi çıxarıb, qışqırırdı. Sanki içində bir insan oturmuşdu. Xırıldayırdım...

 

Studiyada olanlar şokda idilər. Bir insan da yardıma gəlmədi. Sonra həmin hadisənin videosunu Türkiyədə, İsraildə və Hindistanda televiziya vasitəsi ilə nümayiş etdirmişdilər”.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...