“Atam futbola baxanda qohumumuz evin mebellərini aparmışdı...” - VİDEO

“Atam futbola baxanda qohumumuz evin mebellərini aparmışdı...” - VİDEO

Xalq artisti Afaq Bəşirqızı atası Bəşir Səfəroğlunun futbola bağlılığından danışıb. 

 

Sfera.az xəbər verir ki, o, Milli Teatr Günündə PFL-in saytına müsahibə verib. 

 

A.Bəşirqızı bildirib ki, atasının evdə tək futbola baxmasından qorxublar:


“Bir dəfə başımıza oyun gəldi. Atam evin mebellərini tez-tez yeniləyərdi. Növbəti dəfə evin mebellərini dəyişmək ərəfəsində qohumu gəlir bizə. Görür ki, atam futbola baxır. Deyir ki, ay Bəşir, nə var, nə yox? Atam da cavab verir ki, heç nə, dayan indi vuracaqlar. Belə danışırlar. Sonra deyir ki, ay Bəşir, nə əcəb evin mebellərin dəyişməmisən? 
 

Atam dəyişəcəm deyərək futbola baxmağa davam edir. Bu da bildirir ki, dəyişəndə mebeli mənə verərsən. Atam da deyir ki, götür apar. Davam edib ki, Bəşir, bəs filankəsin maşını buradadır, ona qoyum aparım. Boşaldır içindəki paltarları və götürüb aparır.  

 

Dəhlizdə qədimdən qalma güzgü var idi. Onu da istəyir. Atam da deyir ki, götür apar, rədd ol. Hamısını yığıb aparır. Gəliblər evə və görüblər ki, heç nə yoxdur. Soruşublar ki, bunlar hanı? Deyib ki, mən futbola baxırdım. Anam polisə ərizə yazır və axtarıb bu qohumun evində tapırlar.  


O da deyir ki, Bəşir, mən sənə deyib apardım. Atam da cavabında deyib ki, futbola baxanda adamdan söz soruşarlar?”. 




 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...