Trampın gizli məqsədi - Putinlə ona görə dostlaşıb ki...

Trampın gizli məqsədi - Putinlə ona görə dostlaşıb ki...

ABŞ Prezidenti Donald Tramp telekanallardan birinə verdiyi müsahibəsində Ukraynanın sülh sazişi ilə razılaşacağını bildirib. 

 

Tramp qeyd edib ki, Rusiya da sülh sazişinə imza atmaq istəyir: “Hər iki tərəf güzəştlərə getməlidir. İndiki vəziyyətdə sülh sazişi üçün Ukraynanın güzəştləri bəllidir”.

 

Bəs Rusiya hansısa güzəştə gedə bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov ABŞ Prezidenti Donald Trampın açıqlamalarına nəzər saldıqda daim müəyyən uyğunsuzluqların müşahidə olduğunu bildirib. 

 

Onun sözlərinə görə, son çıxışında da Tramp Rusiyanın sülh razılaşmasına imza atmağa hazır olduğunu və hər iki tərəfin kompromisə getməli olduğunu bildirdikdə, əslində bu fikirlər daha çox Ukraynaya yönəlmiş kimi dəyərləndirilməlidir:

 

“Çünki hazırda Tramp Administrasiyasının əsas diqqəti Ukraynaya cəmlənib və Kiyevi ciddi təzyiqlə üz-üzə qoyaraq bəzi məsələləri məcburən qəbul etdirməyə çalışırlar. Artıq ABŞ tərəfindən Ukraynaya hərbi və kəşfiyyat dəstəyi dayandırılıb. Bu da Ukraynanın durumunu daha da ağırlaşdırır. Digər bir məsələ isə Rusiyanın güzəştə getməsi ilə bağlıdır. Bu da gözlənilən deyil. Çünki Rusiya tərəfi hazırkı danışıqlarda kifayət qədər sərt və maksimalist tələblərlə çıxış edir. Bu istəklər ondan ibarətdir ki, Rusiya nəinki işğal etdiyi torpaqları, həmçinin 2022-ci ilin sentyabrında Ukrayna ərazisində keçirilmiş saxta referendumlara əsaslanaraq Donetsk və Luqansk vilayətləri ilə yanaşı, Zaporoji və Xerson bölgələrinin də işğal edə bilmədiyi hissələrinin ona verilməsini tələb edir. Bu isə reallıqdan uzaq görünür”.

 

Politoloq Trampın geosiyasi yanaşmasının sülh deyil, iqtisadi qazanc və güc balansı üzərində qurulduğunu deyib.

 

O.Qasımov bildirib ki, əsas kompromis məsələsi isə Trampın məsələlərə yanaşması ilə bağlıdır ki, artıq bu mövzuda onun baxışlarını az-çox tanıyırıq:

 

“O, daha çox Rusiyanın nəzarətində olan ərazilərdə nadir və qiymətli faydalı qazıntıların hasilatı ilə paralel olaraq Moskvadan müəyyən imtiyazlar əldə etməyə çalışır. Eyni zamanda əgər imkan yaranarsa, Rusiya ərazisində yerləşən həmin ehtiyatlardan istifadə üçün də razılaşmalar əldə etmək niyyətində ola bilər. Çünki Trampın siyasəti güc əsasında qurulmuş bir yanaşmadır. Rusiyanın bu şərtlərlə razılaşıb-razılaşmayacağını indidən dəqiq söyləmək çətindir. Lakin nəzərə alaq ki, Moskva Trampın tələblərini qəbul etməsə, o zaman Ukraynada olduğu kimi Rusiyaya qarşı da sərt sanksiyalar tətbiq oluna bilər. Ümumilikdə isə Trampın yanaşması daha çox avtoritar düşüncəyə yaxın olub və o, daim güclü liderlərə rəğbət bəslədiyini vurğulayır. Onun hazırkı siyasətində də yalnız güclü dövlət rəhbərlərinə müsbət münasibət göstərdiyi aydın görünür. Düşünürəm ki, Rusiya, Ukrayna ərazisində müəyyən güzəştli torpaqlardan daha çox işğal altında saxladığı bölgələrdə ABŞ şirkətlərinə nadir faydalı qazıntıların istismarı ilə bağlı imkanlar təqdim edə bilər. Habelə, Rusiya daxilində də bu şirkətlərə müəyyən fəaliyyət şərtləri təklif edə bilər”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...