Dünya müharibəsi ehtimalı artır: Ən təhlükəsiz ölkələr hansılardır?

Dünya müharibəsi ehtimalı artır: Ən təhlükəsiz ölkələr hansılardır?

Son illərdə dünyada baş verən geosiyasi gərginliklər və münaqişələr Üçüncü Dünya müharibəsinin başlaya biləcəyi ehtimallarını artırıb. Belə bir riskin olduğu indiki şəraitdə ekspertlər, amalitiklər daha təhlükəsiz ərazilərin və ölkələrin axtarışını həyata keçiriblər. 

 

Mütəxəssislər coğrafi mövqe, neytrallıq siyasəti və nüvə təhdidlərindən uzaqlıq kimi amilləri nəzərə alaraq, mümkün müharibə şəraitində sığınmaq üçün ən təhlükəsiz 11 ölkəni müəyyən ediblər. 

 

Sfera.az "Haber7.com"a istinadən ən təhlükəsiz olan 11 məkan haqqında məlumatları təqdim edir: 

 

1. Antarktida. Bura yaşayış üçün uyğun olmasa da dünyanın ən ucqar və əlçatmaz yerlərdən biridir. İnsan məskunlaşmasının az olması və siyasi münaqişələrdən uzaq olması Antarktidanı müharibə zamanı təhlükəsiz bölgəyə çevirir. 

 

2. Argentina. Cənubi Amerikanın nəhəng ölkəsi olan Argentina, qlobal müharibə zamanı qida çatışmazlığı riskindən ən az təsirlənəcək ölkələrdən biri sayılır. Ölkənin geniş əkin sahələri və təbii sərvətləri təhlükəsizlik baxımından üstünlük qazandırır. 

 

3. Butan. Bu ölkə Himalay dağlarının ətrafında yerləşir və illərdir neytrallığını qoruyur. Butan, münaqişələrdən kənar qalması və coğrafi çətinliyi ilə diqqət çəkir. 

 

4. Çili. Uzun sahil xətti, məhsuldar torpaqları və inkişaf etmiş infrastrukturu Çilini təhlükəsiz ölkələr siyahısına daxil edir. Çili də Argentina kimi Avropadan xeyli uzaqda yerləşir.  

 

5. Fici. Sakit Okeanın cənub-qərbində yerləşən ada dövləti mövqeyinə görə qlobal müharibədən uzaq qala biləcək ölkələrdən hesab olunur. 

 

6. Qrenlandiya. Dünyanın ən böyük adası olan Qrenlandiya, az əhalisi və geosiyasi neytrallığı ilə təhlükəsiz məkanlardan biri kimi qiymətləndirilir. 

 

7. İslandiya. Daimi olaraq dünyanın ən dinc ölkələri arasında yer alan İslandiya, enerji müstəqilliyi və təbii ehtiyatları ilə diqqət çəkir. 

 

8. İndoneziya. Qlobal siyasətdə neytrallığı ilə seçilən İndoneziya, bu siyahıya daxil edilən yeganə müsəlman ölkəsidir. 

 

9. Yeni Zelandiya. Dinc siyasəti və dağlıq əraziləri ilə Yeni Zelandiya qlobal münaqişələrdən uzaq qala biləcək ölkələr arasındadır. 

 

10. İsveçrə. Tarix boyu neytrallığını qoruyan İsveçrə, dağlıq ərazisi və təhlükəsizlik tədbirləri ilə müharibə şəraitində ən etibarlı yerlərdən biri hesab edilir. 

 

11. Cənubi Afrika Respublikası. Müasir infrastrukturu, geniş əkin sahələri və su ehtiyatları ilə Cənubi Afrika mümkün münaqişə zamanı təhlükəsiz ölkələr sırasına daxil edilib. 

 

Ekspertlər qeyd edirlər ki, müharibə ssenarisində bu ölkələr coğrafi mövqeləri və siyasi stabillikləri sayəsində digər dövlətlərə nisbətən daha az risk daşıyır. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...