Zirəddin əsəbiləşdi: "2 həftə əvvəl demişdim ki..."

Zirəddin əsəbiləşdi: "2 həftə əvvəl demişdim ki..."

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, son bir sutka ərzində Azərbaycanda 80-dən çox yeraltı təkan baş verib. 

 

Sfera.az xəbər verir ki, eyni dövr ərzində bir neçə zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. 

 

Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

 

Maraqlı məqam odur ki, yaxın günlərdə kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev dəhşətli zəlzələ olacağı proqnozunu verib. Ekstrasens bu barədə Teleqram kanalında paylaşım edib. Paylaşımda bildirilib ki, 24 fevraldan 10 marta qədər zəlzələ və vulkan püskürmələrinin aktiv günləridir. 

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı isə proqnozla bağlı qeyd edib ki, dünyanın heç bir seysmoloqu, alimi zəlzələnin olacağı günü, ayı, saatı təyin edə bilməz. O, Zirəddini "falçı" adlandıraraq şərh verməkdən imtina edib.

 

Proqnoz düz çıxandan sonra Zirəddin ona inanmayan V.Rafiqqızı ilə bağlı paylaşım edib:

 

“Vüsalə Rafiqqızı adlı tanımadığım bu xanıma sual vermək istərdim. Sizin mərkəzin deyə bilmədiklərini biz iki həftə öncədən dedik. Bəs nə oldu? Sizin işiniz oturub oradan bizlərə şərh verməkdir? Son 15-20 ildə sizin seysmoloji xidmətinizdə nə yeniliklər var? Hansı elmi məqalələrin müəllifisiz ?”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı: “Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi”

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real ...

Prezidentin yük maşınını idarə etdiyi anın - VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Sumqayıt Kimya Sənaye Parkında “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsus...

Dubayda minlərlə lüks avtomobilin tərk edilməsinin səbəbləri - FOTOLAR

Lamborghini, Ferrari, Bentley... Hamısı Dubay küçələrində toz yığmaq üçün qalıb. Bir çoxumuz bu şəhəri dəbdəbə və əzəmətlə əlaqələndirsək də, superkarların çürü...

Pakistan 24-36 saat ərzində Hindistanın hücumu barədə xəbərdarlıq etdi

Pakistanın informasiya naziri Attaulah Tarar Hindistanın yaxın bir-iki gün ərzində ölkəsinə hücum edəcəyini bildirib. Məlumatı Pakistan kəşfiyyatı verib. Eyni z...

Bir şəkildəki 3 dostun acı taleyi: Hamısının ölümü eyni faciə ilə oldu

2025-ci ilin, aprelin 28-də Bakının Xəzər rayonu, Binə qəsəbəsində "AzSamand" markalı avtomobil idarəetməni itirərək idman zalına çırpılıb. Nətic...

Vergi ödəyicilərinin əmlakları hərraca çıxarılır

Bir sıra vergi ödəyicilərinin daşınar və daşınmaz əmlakları hərracda satışa çıxarılacaq.   Əmlak Məsələləri Dövlət Xidmətindən Sfera.az-a verilən məl...