Ana və 9 yaşlı qızı dəm qazından zəhərləndi

Ana və 9 yaşlı qızı dəm qazından zəhərləndi

Şabran rayonunda ana və övladı dəm qazından zəhərlənib.

 

Sfera.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Günay Meylaverdi və övladı, 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib. Onlardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR