Cənubi Koreya Hərbi Hava Qüvvələri səhvən öz ölkəsinə 8 bomba atdı -Çoxlu yaralılar var


Cənubi Koreya Hərbi Hava Qüvvələri səhvən öz ölkəsinə 8 bomba atdı -Çoxlu yaralılar var

Cənubi Koreya Hərbi Hava Qüvvələri təlim zamanı səhvən KF-16 döyüş təyyarəsindən atılan 8 MK-82 tipli bombanın yaşayış məntəqəsini vurduğunu açıqlayıb və “Zərər üçün üzr istəyirik” açıqlamasını verib.
 

Sfera.az bildirir ki, 15 nəfərin xəsarət alması və çoxlu sayda tikilinin zədələnməsi ilə nəticələnən qəza ilə bağlı araşdırmalara başlanılıb.
 

Cənubi Koreyanın Gyeonggi əyalətindəki Pocheon şəhərindəki kənd yaşayış məntəqəsinə Cənubi Koreya Hərbi Hava Qüvvələri tərəfindən təsadüfən səkkiz bombanın atılması ilə nəticələnən qəza ilə bağlı təfərrüatlar ortaya çıxıb.


Cənubi Koreyaya məxsus döyüş təyyarələrinin təlim zamanı yaşayış məntəqəsinə səhvən 8 MK-82 tipli bomba atması nəticəsində baş verən qəzada yaralananların sayı 15-ə yüksəlib.

 

Hərbi və yanğınsöndürmə rəsmiləri qəzaya iki KF-16 qırıcısının səbəb olduğunu, yaralananların sayının isə 15-ə çatdığını bildirib.
 

Səlahiyyətlilər yaralananlar arasında iki əsgər və iki xarici ölkə vətəndaşının olduğunu, yaralıların heç birinin ölüm təhlükəsi olmadığını, lakin yaralıların sayının arta biləcəyini vurğulayıb.
 

Bölgədəki 50-yə yaxın sakin bələdiyyə binasına təxliyyə edilib, 1 kilsə və 7 binanın zərər gördüyü öyrənilib.
 

Cənubi Koreya Hərbi Hava Qüvvələrindən verilən ilk açıqlamada bölgədə ABŞ ilə ortaq canlı atəş təlimi keçirildiyi və saat 10:04 radələrində Cənubi Koreya Hərbi Hava Qüvvələrinə aid KF-16 döyüş təyyarəsindən anormal şəkildə atılan 8 MK-82 tipli bomba təlim sahəsinin xaricinə düşdüyü bildirilir:

"Qəza nəticəsində dəymiş ziyana görə üzr istəyirik və yaralananların tezliklə sağalmasını arzulayırıq"- verilən bəyanatda, "Zərərin ödənilməsi də daxil olmaqla, bütün lazımi tədbirləri aktiv şəkildə görəcəyik" -  ifadəsi əlavə edilib.

 

Aysel
 


OXŞAR XƏBƏRLƏR

Deputat: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.   Sfera.az xəb...

Bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Azərbaycanda Rusiya ilə birgə keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv edildi

Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törə...

Kürdəmirdə 35 yaşlı qadını öldürən şəxs tutuldu

İyunun 28-də saat 20 radələrində Kürdəmir rayonunun Şilyan kəndində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.   Rayon p...

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal A...

Azərbaycanda müavinətlər artırılır - Bu tarixdən

2025-ci ilin iyulun 1-dən Azərbaycanda bir sıra qanunlar qüvəyə minir.   Sfera.az həmin qərarları təqdim edir:   Azərbaycanda əmi, xala, b...