Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ


Muzey Mərkəzinin direktoru vəzifədən AZAD EDİLDİ

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

 

Sfera.az xəbər verir ki, Muzey Mərkəzinin direktoru - Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir.

 

Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında Vladimir Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı Lenin Muzeyinin filialı kimi istismara verilib.

 

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən, bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilib və Muzey Mərkəzi adını alıb.


OXŞAR XƏBƏRLƏR