İşiba Trampı tənqid etdi: "Yaponiya özü bilir..."

Dünya
13:47 / 08.03.2025
3470
Tokioda milli parlamentə müraciətində Yaponiya Baş naziri Şigeru İşiba ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında təhlükəsizlik razılaşması ilə bağlı açıqlamalarını tənqid edib.
Sfera.az xarici mənbəyə istinadən xəbər verir ki, Trampın “Yaponiya bizi müdafiə etməyəcək” bəyanatına İşiba cavab olaraq bildirib ki, "Yaponiyanın bazalar (ABŞ ordusu üçün) təmin etmək öhdəliyi var və bizim münasibətlərimiz yalnız ABŞ-nin Yaponiyanı qoruduğu bir əlaqə deyil”.
Tramp administrasiyasının Yaponiyanın müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) yüzdə 3-ə qədər artırması lazım olduğu fikri ilə bağlı İşiba, “Yaponiyanın müdafiə xərclərini Yaponiya müəyyən edir”,- deyə nazir bildirib.
Fidan Hacızadə