Argentinada daşqınlar nəticəsində azı 10 nəfər öldü

Dünya
12:44 / 08.03.2025
3138
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən daşqınlar nəticəsində azı 10 nəfər həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Federal hökumət daşqının nəticələrinin aradan qaldırılması üçün 10 milyard peso (9 milyon dollar) ayırmağı vəd edib.