ABŞ və Ukrayna XİN rəhbərləri telefon danışığı apardı

ABŞ və Ukrayna XİN rəhbərləri telefon danışığı apardı

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ABŞ Xarici İşlər Naziri Marko Rubio ilə telefon danışığı aparıb.

 

Sfera.az bu barədə “Haber Global” nəşrinə istinadən xəbər verir. Sibiqa verdiyi açıqlamada Ukrayna və ABŞ rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək toplantını müzakirə etdiklərini deyib.

 

“Ukrayna müharibənin bitməsini istəyir və daimi sülhün təmin olunması üçün ABŞ-nin liderliyi vacibdir. Həmçinin, ikitərəfli əməkdaşlığımızı inkişaf etdirməyin yollarını da danışdıq”, - nazir qeyd edib. 

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR