"Türkiyə Azərbaycanla birgə Ermənistanla da əməkdaşlıq edəcək" - AÇIQLAMA

"Türkiyə Azərbaycanla birgə Ermənistanla da əməkdaşlıq edəcək" - AÇIQLAMA

Balıkesir şəhərində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər hərbçilərlə görüş keçirib.

 

O görüş zamanı bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında ən etibarlı mövqeyi Türkiyə göstərəcək. Onun sözlərinə görə, Türkiyə Qara dəniz regionunda, Afrikada, Yaxın Şərqdə və Avropada sabitliyin təmin olunmasında əsas rol oynayan ölkələrdən biridir. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov Türkiyənin hər zaman regionda sülh və sabitliyin, eyni zamanda təhlükəsizliyin təmin olunmasına dəstək göstərdiyini bildirib.

 

Onun sözlərinə görə, Cənubi Qafqaz da istisna deyil, xüsusilə II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Türkiyə daim sülhün bərqərar olmasına çalışıb:

 

“Azərbaycan və Türkiyə arasındakı münasibətlər, eləcə də iki ölkə arasında imzalanan strateji müttəfiqlik sənədi, Türkiyənin Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış etməsinə şərait yaradır. Türkiyə bu gün Cənubi Qafqaz ölkəsi olmasa da, xarici güclərin regiona müdaxiləsinin qarşısını almaq istiqamətində mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılan addımlar da Türkiyənin bölgədə sülh təminatçısı rolunu daha da gücləndirir”. 

 

K.Novruzov həmçinin, Türkiyənin Cənubi Qafqazda sülh və sabitlik təmin etmək məqsədilə yalnız regiondakı ölkələrlə deyil, həm də xarici güclərin müdaxilələrinin qarşısını almağa yönəlmiş aktiv bir rol oynadığını da vurğulayıb.

 

O bildirib ki, Ankara artıq təkcə Azərbaycanla deyil, gələcəkdə Ermənistanla müəyyən sahələrdə əməkdaşlıq etmə imkanı da əldə edə bilər:

 

 “Bu, Türkiyənin ümumi təsir imkanlarını artıracaq və xarici güclərin regiona müdaxiləsinin qarşısını almağa kömək edəcək. Bu baxımdan, Türkiyə bölgədə “katalizator” rolunu oynamaq istəyən güclərin planlarını pozur. Düşünürəm ki, Ankara bu missiyasını gələcəkdə də uğurla davam etdirəcək”.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...

Deputat: "Səfərovların ölümü ardıcıl təzyiqlərin davamıdır"

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən hadisələr ölkəmizdə ciddi narahatlıqla qarşılanır.   Xatırladaq ki, Feder...