İsrael Katz: "Suriyada işğalı davam etdirəcəyik"

İsrael Katz: "Suriyada işğalı davam etdirəcəyik"

İsrailin müdafiə naziri İsrael Katz Suriyadakı işğalı davam etdirəcəyini bəyan edib. 

 

Sfera.az “Haber7” nəşrinə istinadən xəbər verir ki, o, həmçinin İsrail ordusuna ilin sonuna qədər İordan çayının qərb sahilinin şimalında yerləşən fələstinli qaçqın düşərgələrində işğalı davam etdirmək tapşırığını verib.

 

Nazir açıqlamasında bildirib ki, Dürzi icmasını tək qoymayacaqlar: “Suriya rejiminə etibar etmirik və oradakı varlığımızı əbədi olaraq davam etdirəcəyik”.

 

Katz, İsrailin Suriyanın cənubunda hərbi qüvvə saxlamaması ilə bağlı rəsmi mesaj göndərdiklərini bildirib və eyni zamanda hücum təhdidi edib.

 

İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Katz daha əvvəl də İsrailin Suriyadakı işğalının qalıcı olacağını və Suriyanın cənubunda silahsız zona yaradılmasını tələb etdiklərini bəyan edib.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....