“Crocus”dakı terorroru o təşkil edibmiş - SAXLANILDI

“Crocus”dakı terorroru o təşkil edibmiş - SAXLANILDI

“Crocus City Hall”da baş verən terror aktını təşkil etməkdə şübhəli bilinən Məhəmməd Şərifullah ABŞ-də saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Ədliyyə Departamenti məlumat yayıb.

 

Bildirilib ki, o, Əfqanıstanda 13 amerikalı əsgərin ölümünə səbəb olan terror hücumu ilə bağlı əməliyyatlar çərçivəsində həbs edilib.

 

Daha sonra həmin şəxs “Crocus”da terrorçulara göstəriş verdiyini də etiraf edib.

 

Qeyd edib ki, “Cəfər” ləqəbli terrorçu hücumçulara “Kalaşnikov” avtomatı və digər silahlardan necə istifadə etmək barədə təlimatlar ötürübmüş.

 

Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Şərifulla “Crocus”da törədilən terror aktından sonra həbs edilən 4 nəfərdən ikisini əvvəllər göstəriş verdiyi şəxslər kimi tanıyıb.

 

Şərifullah martın 5-də Virciniya ştatında məhkəmə qarşısına çıxıb. Növbəti məhkəmə prosesi martın 10-da keçiriləcək.

 

Xatırladaq ki, “Crocus City Hall”da terror aktı 2024-cü il martın 22-də bir qrup silahlı yaraqlının “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atışmalara başladığı zaman baş verib. Daha sonra bina alovlanıb və çöküb. Azı 145 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....

Meteohəssas insanlar üçün PROQNOZ

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, iyunun 30-da Abşeron yarımadasın...