Yerə bənzər yeni planet kəşf edildi – 20 işıq ili uzaqda

Yerə bənzər yeni planet kəşf edildi – 20 işıq ili uzaqda

Kanarya Adaları Astrofizika İnstitutu (IAC) və La Laguna Universitetinin (ULL) alimləri Günəşə bənzər HD 20794 adlı ulduzun ətrafında fırlanan və yaşana bilən zonada yerləşən bir super planetinin mövcudluğunu təsdiqləyib.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, HD 20794 d adlanan bu yeni planetin kütləsi Yer kürəsindən altı dəfə böyükdür və ulduzunun ətrafında bir dövr etməsi 647 gün çəkir.

 

Bu müddət, Marsın Günəş ətrafında fırlanma müddətindən təxminən 40 gün daha qısadır. Planetin bu orbitdə yerləşməsi, onun səthində maye suyun mövcud ola biləcəyini göstərir ki, bu da həyat üçün əsas şərtlərdən biridir. Alimlər bildirirlər ki, Günəşə bənzər ulduzların yaşana bilən zonalarında planetlərin axtarışı, Yer kürəsindən kənarda həyat ehtimalını öyrənmək üçün mühüm addımdır.

 

HD 20794 d-nin yerləşdiyi sistemin Yerdən cəmi 20 işıq ili uzaqda olması isə bu planetin gələcəkdə daha ətraflı tədqiq edilməsinə imkan yaradır. Buna baxmayaraq, planetin yüksək kütləsi və eksantrik (elliptik) orbitə malik olması, onun Yerdən xeyli fərqli bir obyekt olduğunu göstərir. HD 20794 d, il ərzində ulduzuna olan məsafəsini xeyli dəyişir və yaşana bilən zonanın daxili və xarici sərhədləri arasında hərəkət edir. Bu isə planetdə temperatur dəyişikliklərinin kəskin ola biləcəyini göstərir.

 

Alimlər planetin atmosferini və səthini daha yaxından öyrənmək üçün gələcəkdə ELT teleskopu, eləcə də ESA və NASA-nın yeni kosmik missiyalarından istifadə etməyi planlaşdırırlar. Mütəxəssislər bildirirlər ki, HD 20794 d planetində həqiqətən həyat olub-olmadığını müəyyən etmək üçün hələ çox araşdırma aparmaq lazımdır.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...