Suriyadakı qarşıdurmalarda 70 nəfər öldü


Suriyadakı qarşıdurmalarda 70 nəfər öldü

Suriyanın Latakiya vilayətində yeni hökumətin təhlükəsizlik qüvvələri ilə devrilmiş prezident Bəşər Əsədin tərəfdarları arasında qarşıdurma baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.

 

Məlumata görə, Latakiya və onun ətraf ərazilərində təhlükəsizliyin təmin edilməsinə dair genişmiqyaslı əməliyyata hazırlıq çərçivəsində İdlibdən vilayətə iri həcmdə hərbi qüvvələr gətirilib. Tərəflər arasında qarşıdurmaya da məhz bu səbəb olub.

 

Buna cavab olaraq Suriya rəhbərliyi Latakiya, eləcə də Tartusa əlavə qüvvələr göndərib.

 

Latakiyada döyüşlər nəticəsində azı 48 nəfər həlak olub. Ümumilikdə bir neçə yaşayış məntəqəsində qarşıdurma zamanı təqribən 70 nəfər ölüb, daha onlarla insan isə yaralanıb. Ölənlərin 35-i Suriya Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır.

 

Bununla yanaşı, hərbi əməliyyat səbəbindən Latakiya, Tartus və Homsda 24 saatlıq komendant saatı elan edilib.

 

Xatırladaq ki, Suriyada Bəşər Əsəd hakimiyyəti ötən ilin dekabrında devrilib. Nəticədə B.Əsəd ailəsi ilə Moskvaya təxliyə edilib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...

Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar?

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə sevgi hiss etmirlər. Sadəcə rahatlıq və vərdişə görə bir yerdə qalırlar - qonşu, ya bacı-qa...

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...