100 manatlıq bu cərimə 10 minədək qaldırılır


100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Uçuş təhlükəsizliyi qaydalarının pozulmasına görə cərimələr genişləndirilir.

 

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

 

Lazımi icazə olmadan uçuş təhlükəsizliyi üçün qorxu yarada bilən hər cür atəşə, raketin buraxılmasına, partlayış işlərinə və digər belə işlərin görülməsinə görə fiziki şəxslər 3000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manat məbləğində cərimə tətbiq edilir.

 

"Aviasiya haqqında" Qanunda nəzərdə tutulmuş razılıq olmadan aviasiya hadisəsinin və ya insidentinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin hər hansı elementinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) yığışdırılmasına və ya götürülməsinə görə 600 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan, aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissəsinin, yaxud onun daşıdığı əşyaların (yükün, baqajın) götürülməsinə görə 500 manat məbləğində cərimə edilir.

 

Hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 2000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

 

Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən, vəzifəli şəxslər 1000 manat məbləğində cərimə edilir.

 

Hava gəmilərinin tərəfindən hava istismarçıları gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının sərnişin məlumatlarına dair "bir pəncərə" sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülməməsinə görə fiziki şəxslər 2000 manat məbləğində, vəzifəli şəxslər 5000 manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

 

Azərbaycan Respublikasına mənsub hava gəmilərinin dövlət qeydiyyatına, xarici dövlətə mənsub hava gəmilərinin dövlət uçotuna alınmadan istismarına görə fiziki şəxslər 5000 manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...