Azərbaycanda 21 yaşına çatmış şəxslər...- Yeni QANUN

Azərbaycanda 21 yaşına çatmış şəxslər...- Yeni QANUN

Azərbaycanda 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ olacaq.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Xidməti və mülki silah haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

 

Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var. Layihəyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...